Azərbaycan və Ermənistan arasında gərginliyi azaltmaq üçün Moskvada üçtərəfli görüş keçirilib

Moskva - İRNA - Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri çərşənbə axşamı Moskvada keçirilən görüşdə Bakı və İrəvan arasında gərginliyin azaldılması yollarını müzakirə ediblər.

Rusiya xəbər mənbələrinin verdiyi məlumata görə, Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan çərşənbə axşamı Moskvada Qarabağda gərginliyin azaldılması və Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması yollarını müzakirə ediblər.

Rusiya xarici işlər naziri Moskvada üçtərəfli danışıqlar öncəki çıxışında deyib: “Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın Baş naziri arasında Qarabağ probleminin həlli və daha geniş mənada Bakı və İrəvan arasında münasibətlərin tam normallaşmasına dair razılaşmalardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün səylərimizi davam etdirəcəyik.”

S. Lavrov əlavə edib ki, Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin olmasında maraqlıdır. Üçtərəfli Moskva danışıqlarında tərəflərin razılığı ilə Ermənistan və Azərbaycan Respublikası sərhədində vəziyyətin sabitləşdirilməsi, humanitar məsələlərə diqqət yetirməsi, iqtisadi əlaqələr və nəqliyyatda mövcud problemlərin həlli,  həmçinin vətəndaş cəmiyyətləri, politoloqlar və parlamentarilər vasitəsilə insanlar arasında ünsiyyəti inkişaf etdirmək səylərinə davam edəcəyik.

Bu görüşdən əvvəl Rusiya Federasiyasının xarici işlər naziri Azərbaycanın xarici işlər naziri ilə ayrıca görüşdə Moskvada keçiriləcək üçtərəfli görüşün məqsədinin Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin bərqərar olması adlandıraraq bu məqsədə çatmağın ən qısa yolunun Rusiya, Azərbaycan və Ermənistan başçılarının üçtərəfli bəyanatlarının bütün müddəalarını həyata keçirmək olduğunu deyib.

S. Lavrov həmçinin Moskvanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazır olduğunu vurğulayıb.

Bu görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, Qarabağ məsələsi üzrə hazırkı danışıqlar prosesinin dinamikası nisbətən yüksəkdir, lakin danışıqların nəticələri eyni səviyyədə deyil. Bununla belə, müsbət nəticənin olmadığını söyləmək düzgün olmazdı.

Rusiya xarici işlər naziri Ermənistanın xarici işlər naziri ilə ayrıca görüşdə deyib: “Laçın dəhlizi ətrafında və ümumilikdə Qarabağda vəziyyətin həllinə xüsusi diqqət yetiririk. Biz bu bölgədə yaranmış kəskin humanitar problemlərin həllinə kömək etmək istəyirik.”

Lavrov əlavə edib ki, bunun üçün Rusiya sülhməramlı qüvvələrinin bütün imkanları mövcuddur, amma tərəflərin (Bakı və İrəvan) əməkdaşlığı olmadan bunu etmək asan deyil.

“Ermənistanla Azərbaycan Respublikası arasında bütün proseslərdə, o cümlədən nəqliyyat və iqtisadi kommunikasiyada, ictimai strukturlar və ekspertlər arasında dialoqda münasibətlərin normallaşması istiqamətində addımların atılması vacibdir”- deyə, Lavrov bildirib.

Rusiyanın xarici işlər naziri Moskvada danışıqların nəticələrinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına gətirib çıxaracağına ümid etdiyini bildirib.

TASS xəbər agentliyinin məlumatına görə, Sovet İttifaqının dağılmasından əvvəl Azərbaycan Respublikasının tərkibində olan, lakin etnik ermənilərin məskunlaşdığı mübahisəli ərazi olan Qarabağın dağlıq bölgəsi ilə bağlı Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ilin fevralında başlayıb.

TASS bildirib ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında toqquşmalar yenidən 2020-ci il sentyabrın 27-də mübahisəli Qarabağ bölgəsində şiddətli döyüşlərlə başlayıb.

2020-ci il noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda tam atəşkəs haqqında birgə bəyanat imzalayıblar. 2022-ci ildə Azərbaycan Respublikası və Ermənistan sülh müqaviləsini müzakirə ediblər.

Sizin rəyiniz

You are replying to: .