28 iyul 2023 at 14:41
Jurnalist kodu: 5481
Xəbər kodu: 85183003
T T
0 Persons

Tags

İranın Türkiyədəki yeni səfiri etimadnaməsini Ərdoğana təqdim edib

Tehran – İRNA - İran İslam Respublikasının Ankaradakı yeni səfiri Məhəmməd Həsən Həbibullahzadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə etimadnaməsini təqdim edib.

İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının Ankaradakı yeni səfiri Məhəmməd Həsən Həbibullahzadə cümə axşamı günortadan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə etimadnaməsini təqdim edib.

Türkiyə Prezidenti Məhərrəm ayına və İmam Hüseyn (ə) Aşurasının yaxınlaşmasına toxunaraq, Aşuranı müsəlmanların bərabərliyinin simvolu və İslam cəmiyyətlərinin birliyinə səbəb ola biləcək addım adlandırıb.

#Ərdoğan daha sonra İran İslam Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlığın müxtəlif sahələrinə toxunaraq, iqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında 30 milyard dollarlıq ticarət dövriyyəsinin reallaşdırılmasını mümkün hesab edib və ölkə rəsmilərindən ticarət maneələrinin aradan qaldırılması və bu rəqəmin reallaşması üçün səy göstərməsini istəyib.

Türkiyə Prezidenti həmçinin iki ölkə arasında terrorizm və islamafobiya ilə mübarizə, habelə İslam dünyasının birliyi sahəsində əməkdaşlığın artırılmasını istəyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam İnqilabının Ali Rəhbərinə və ölkəmizin Prezidentinə səmimi salamlarını çatdıraraq, doktor Rəisini Türkiyəyə səfərə dəvət edib, Türkiyə xarici işlər nazirinin Tehrana gözlənilən səfərindən məmnunluğunu ifadə edib.

Ölkəmizin Türkiyədəki yeni səfiri Məhəmməd Həsən Həbibullahzadə İran-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı planlarını açıqlayarkən deyib: “İki ölkənin qurumlarının əsas gündəliyi xüsusilə iqtisadi və ticarət sahələrində əlaqələri inkişaf etdirməkdir. Eyni zamanda, ikitərəfli, regional və beynəlxalq siyasi məsələlərdə əməkdaşlıq və konsensus izləniləcək ən mühüm məsələlərdən biri olacaq.”

Həbibullahzadə iki ölkə arasında siyasi sahədə, o cümlədən Astana prosesi, dördtərəfli danışıqlar, Qafqaz, Fələstin, İslam dünyası, terrorizmlə mübarizədə geniş əməkdaşlıq və məsləhətləşmələrə diqqət çəkib, iki mühüm ölkə - İran və Türkiyə arasında regional məsələlərlə bağlı qarşılıqlı əlaqələrin dərinləşdirilməsini vurğulayıb.

Ölkəmizin səfiri İran, Türkiyə və bir sıra İslam ölkələrinin Qurani təhqir olunması ilə bağlı birgə mövqelərini yüksək qiymətləndirib, islamofobiya və dini müqəddəslərin təhqir edilməsi tendensiyası ilə mübarizə aparmaq üçün müsəlmanların birlik və həmrəyliyinin gücləndirilməsini zəruri hesab edib.

Sizin rəyiniz

You are replying to: .