İRNA-nın məlumatına görə, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah şənbə günü Aşura münasibətilə etdiyi çıxışda deyib: “Qurani-Kərim məsələsində bütün dünya bilməlidir ki, biz müqəddəslərimizin və simvollarımızın təhqir olunmasına dözməyən ümmətik.”
Hizbullah lideri Qərbdə Qurani-Kərimin tez-tez təhqir olunmasına toxunaraq deyib: “Bu hərəkət iki milyard müsəlmana və İslama qarşı təcavüzdür. Bütün dünyada müsəlman gənclər buna qarşı mübarizə aparmalıdırlar. İslam ölkələri və onların xarici işlər nazirləri İsveç və Danimarkada dinlərinə qarşı baş verən təhqirlər əleyhinə müvafiq mövqe tutmalıdırlar.”
Seyid Həsən Nəsrullah qeyd edib ki, gənc müsəlmanlar üzərinə düşən vəzifəni yerinə yetirməli, Quranı təhqir edənləri cəzalandırmalı, başqalarının onların dinini müdafiə etməsini gözləməməlidir. Dünya Quran və dini uğrunda canlarını fəda etməyə hazır olan bu gənclərin şücaətini görəcək.
Hizbullah Hərəkatının baş katibi çıxışının digər hissəsində deyib: “Hizbullahın Fələstin müqavimətinin yanında olduğunu vurğulayırıq və onların döyüşü bizim döyüşümüzdür.”
Sizin rəyiniz