30 iyul 2023 at 11:19
Jurnalist kodu: 5487
Xəbər kodu: 85184518
T T
0 Persons

Tags

Hizbullahın hücumundan qorxuya düşən sionist rejim öz qüvvələrini gücləndirir

Tehran - İRNA - Sionist rejim ordusu Hizbullahın hücumlarından qorxduğu üçün işğal olunmuş ərazilərin şimalında qüvvələrini gücləndirir.

İRNA-nın “Səma” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, sionist rejim televiziyasının 13-cü kanalı bildirib ki, Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın müqavimətin gücü və qüdrəti barədə etdiyi çıxışdan sonra İsrail ordusu şimal sərhədlərində qüvvələrini gücləndirəcək.

Bu xəbərə görə, sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün nazir Yoav Gallant və döyüş komandirlərinin iştirakı ilə bununla bağlı xüsusi iclas keçirəcək.

Livan Hizbullah Hərəkatının baş katibi bir neçə gün əvvəl deyib: “Hizbullahın Fələstin müqavimətinin yanında olduğunu vurğulayırıq və onların döyüşü bizim döyüşümüzdür.”

Seyid Həsən Nəsrullah daha sonra deyib: “Dahiyadan əlimizdə olanlarla Fələstin xalqının yanında Hizbullahın mövqeyini və müqavimətini vurğulayırıq.”

Hizbullah lideri sionist rejimə xəbərdarlıq edib: “Mətbuatda deyilir ki, bu gün və ya sabah sionist düşməninin baş naziri öz generalları ilə təhqiqat və Livanın cənub sərhədləri məsələsinin həlli yolu ilə bağlı görüşəcək. Onlara deyirik ki, hər cür axmaqlıqdan və yanlış seçimlərdən çəkinin. Livan müqaviməti güzəştə getməyəcək və İsrailin hər hansı bir axmaqlığının qarşısını almağa, qarşıdurmaya və (işğal edilmiş əraziləri) azad etməyə hazırdır.”

Sizin rəyiniz

You are replying to: .