31 iyul 2023 at 13:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85185694
T T
0 Persons

Tags

Ermənistan-Azərbaycan münasibətlərdə yeni gərginlik

31 iyul 2023 at 13:35
Xəbər kodu: 85185694
Ermənistan-Azərbaycan münasibətlərdə yeni gərginlik

Tehran - İRNA - Ermənistan və Azərbaycan arasında münasibətlər Qarabağda yaşayan erməni Vaqif Xaçaturyanın həbsindən sonra yeni gərginliyə düçar olub.

İRNA-nın bu gün (bazar ertəsi) AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanın Vaqif Xaçaturyanın ekstradisiyasına dair tələbini rədd edərək, onun Azərbaycan Respublikasının erməni vətəndaşı olduğunu və hərbi cinayətlərdə ittiham olunaraq həbs edildiyini açıqlayıb.

Ermənistan hökuməti Vaqif Xaçaturyanın həbsindən sonra Avropa Məhkəməsinə şikayət edib, onun Ermənistanda müalicəsi və tibbi yardım göstərilməsi üçün Azərbaycan Respublikası hökuməti tərəfindən ekstradisiya edilməsini istəyib.

Qarabağın mərkəzi Xankəndi şəhərində doğulan və yaşayan bu erməni iki gün əvvəl Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistan istiqamətində çıxarkən Azərbaycan Respublikasının sərhədçiləri tərəfindən tutularaq Bakıya aparılıb. Azərbaycan hökuməti onun barəsində araşdırma aparıldığını və barəsində cinayət işinin qaldırılacağını açıqlayıb.

Azərbaycan hökuməti bildirib ki, 1990-cı illərin əvvəllərində Qarabağın Xocalı rayonunun “Meşəli” kəndinin əhalisinin qətliamında Xaçaturyanın böyük rolu olub. Adı çəkilən şəxs həmin hadisədən sağ çıxanlar tərəfindən tanınıb və şəxsiyyəti təsdiqlənib.

Azərbaycan Respublikası XİN Vaqif Xaçaturyanın azadlığa buraxılması ilə bağlı Ermənistan XİN-nin sorğusunu rədd edərək, onun Azərbaycan Respublikasının erməni vətəndaşı olduğunu və hərbi cinayətlərdə ittiham olunaraq həbs edildiyini açıqlayıb.

Azərbaycan Respublikasının diplomatik xidməti bu bəyanatda bildirib ki, Vaqif Xaçaturyan iki gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə Laçın sərhədindən Ermənistan tərəfə çıxarkən həbs edilib və erməni tərəfinin onun müalicəsinin qarşısının alınmasında Azərbaycanın hərəkətləri ilə bağlı iddialarının heç bir əsası yoxdur.

Azərbaycan XİN bu ölkənin Prokurorluğunun verdiyi məlumata istinadən qeyd edib ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət işi qaldırılıb və o, soyqırım və əhalini deportasiya və ya məcburi köçürmədə ittiham olunur.

Azərbaycan Respublikasının diplomatik qurumu Vaqif Xaçaturyanın Ermənistana tibbi məqsədlə səfəri ilə bağlı erməni tərəfinin iddiasına toxunaraq elan edib: “Vaqif Xaçaturyanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib, BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb.”

Azərbaycan XİN Qarabağda yaşayan ermənilərin Ermənistana tibbi məqsədlərlə getməsinin qarşısının alınması ilə bağlı Ermənistanın mövqeyini yalan iddia adlandıraraq bildirib: “Bu il ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qarabağda yaşayan 700-ə yaxın erməninin Azərbaycandan Ermənistana müalicə məqsədilə köçürülməsinə şərait yaradılıb. Heç bir qanunsuz hərəkətə yol verilməyib və Bakının bütün hərəkətləri beynəlxalq qanunlar çərçivəsində olub.”

Sizin rəyiniz

You are replying to: .