İRNA-nın müdafiə sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Tehranda səfərdə olan Belarus Respublikasının müdafiə naziri Viktor Xrenin Gennadieviç Müdafiə Nazirliyinin qərargahında İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Aştiyani ilə görüşüb. Bu görüşün sonunda İran və Belarus müdafiə nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb.
Müdafiə və silahlı qüvvələrə dəstək naziri Aştiani Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində əvvəlki görüşə və iki ölkənin bir çox regional və beynəlxalq məsələlərdə fikir birliyinə toxunaraq deyib: “Belarus Respublikası İran İslam Respublikasının xarici siyasətində xüsusi yer tutur. Aleksandr Lukaşenkonun bu yaxınlarda İran İslam Respublikasına səfəri, xüsusən də Ali Məqamlı Rəhbərlə və ölkəmizin Prezidenti ilə görüşü bunu sübut edir.”
Ötən il Minskdə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasının keçirilməsinin hər iki tərəfin bütün əməkdaşlıq imkanlarını işə salmaq iradəsindən xəbər verdiyini qeyd edən müdafiə naziri deyib: “Şübhəsiz ki, iki ölkə arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi hər iki tərəfin yüksək vəzifəli şəxsləri tərəfindən vurğulanır. Bu baxımdan, ikitərəfli əməkdaşlığın bütün ölçülərdə artırılması Qərb dövlətlərinin müstəqil ölkələrə, o cümlədən İran İslam Respublikası və Belarus Respublikasına qarşı embarqo siyasətini aradan qaldırmaq üçün strateji prinsip və tələbdir.”
Son illərdə, xüsusilə Suriya, İraq, Əfqanıstandakı regional müharibələr və Ukrayna böhranından sonra baş verən qlobal hadisələrə toxunan Aştiyanı deyib: “Bu dəyişikliklər dünyanın yeni həndəsə və beynəlxalq nizama keçidindən xəbər verir. Hansı ki, bu nizamda müstəqil ölkələr nəinki birqütblü və iyerarxik sistemi qəbul etmək istəmir, həm də qlobal idarəetmə sahəsində daha böyük rol oynamağa və iştirak etməyə çalışırlar.”
İran İslam Respublikasının müdafiə naziri bu görüşdə ikitərəfli müdafiə əməkdaşlığı ilə bağlı deyib ki, iki ölkənin imkanlarından istifadə və müdafiə sinerjisi regionda sülh, sabitlik və təhlükəsizlik yaradacaq.
NATO-nun bölgədəki digər ölkələrin mülahizələrini nəzərə almadan Şərqə doğru genişlənməsini Ukrayna böhranının əsas kökü adlandıran general Aştiyani İran İslam Respublikasının Ukraynadakı münaqişələrin sülh yolu ilə həllinə aparan istənilən diplomatik səyləri dəstəklədiyini vurğulayıb.
İran və Belarusun ümumi məqsədləri naminə münasibətləri dərinləşdirmək imkanı
Belarus Respublikasının müdafiə naziri Viktor Xrenin Gennadieviç ölkəmizin qonaqpərvərliyinə görə təşəkkür edib və İran İslam Respublikasının tərəqqisinə işarə edərək deyib: “Bu görüş hər iki ölkə üçün ümumi məqsədlər naminə münasibətlərin dərinləşməsi imkanlarını artıracaq. İnanırıq ki, iki ölkənin müdafiə nazirlikləri müdafiə və hərbi əməkdaşlıqdan əlavə, digər ölçüləri və maraq doğuran mövzuları inkişaf etdirmək üçün öz imkanlarından birbaşa və dolayısı ilə əməkdaşlıq edə bilərlər.”
Sizin rəyiniz