11 avqust 2023 at 17:33
Jurnalist kodu: 5481
Xəbər kodu: 85195819
T T
0 Persons
Yeniyetmələr üzrə dünya voleybol çempionatı – İran Cənubi Koreyaya qalib gələrək finala yüksəlib

Tehran – İRNA – İranın yeniyetmələrdən ibarət voleybol komandası 18-ci dəfə keçirilən Dünya Çempionatında Cənubi Koreyanı yenidən məğlub edib. Ardıcıl 7-ci dəfə qalib gələn komanda finala yüksəlib. Yarışın final oyununda rəqibi Fransa komandasıdır.

İRNA-nın məlumatına görə, 19 yaşadək yeniyetmələr arasında dünya voleybol çempionatının yarımfinal mərhələsi avqustun 10-da Argentinanın San-Xuan şəhərində keçirilib.

İndiyədək ardıcıl 6 oyunda qalib gələn İranın yeniyetmələrdən ibarət voleybol komandası bu gün (11 avqust, cümə) Tehran vaxtı ilə saat 03:30-da Cənubi Koreya ilə qarşılaşıb.

İranın yeniyetmələrdən ibarət milli komandası bu görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edərək, yarışın finalına yüksəlib.

Məhəmməd Vəkilinin yetirmələri ilk setdə 25-18 hesabı ilə məğlub olsalar da, ikinci-dördüncü setlərdə çətin rəqiblərini müvafiq olaraq 25-21, 25-20 və 25-16 xalla məğlub edərək turnirin finalçısı olublar.

Bu görüşdə İran yığmasının start heyətində Məhəmmədrza Ali-Cəlil, İmran Kuk-Ceyli, Mürtəza Nərimani, Mahan Bərzkar, Taha Behbudniya, Armin Qəliç-Niyazi və Mürtəza Təbatəbai (Libru) çıxış ediblər.

İranın yeniyetmə voleybol komandasının texniki heyəti əsas dəyişmələrlə birinci setdən sonra oyunu nəzarətə götürdü. Oyunun analizi, texniki və taktiki dəyişikliklərlə Cənubi Koreyanı bu turnirdə ikinci dəfə məğlub etdi. Cənubi Koreya İtaliyanı məğlub edərək yarımfinala vəsiqə qazanmışdı.

İran-Cənubi Koreya matçının birinci və ikinci hakimləri argentinalı Sebastian Matias Siajo və rumıniyalı Bodeqan Laurentio Stuccia olub.

Bu mərhələnin digər oyununda Fransa və Amerika komandaları üz-üzə gəlib və Fransa 25-10, 25-17 və 25-12 xalla rəqibini 3-0 məğlub edərək finala vəsiqə qazanıb.

Beləliklə, 19 yaşadək yeniyetmələr arasında voleybol üzrə 18-ci dünya çempionatının final oyunu avqustun 12-i, Tehran vaxtı ilə saat 02:00-da, İran və Fransa komandalarının iştirakı ilə keçiriləcək və yarışların bu mərhələsi çempionu müəyyən edəcək.

İran komandası ilkin mərhələdə Cənubi Koreya, Puerto-Riko və Kolumbiyanı məğlub edərək, Nigeriya komandasını dörd qələbə ilə texniki məğlubiyyətə uğratdıqdan sonra, 12 xalla üçüncü qrupun lideri kimi ələmə mərhələsinə çıxıb.

İranın gənclərdən ibarət milli komandası 1/8 finalda Serbiyanı məğlub edib və 1/4 finalda Belçikanı məğlub etdikdən sonra yarımfinalda Cənubi Koreya ilə üz-üzə gəlib.

Təsnifat görüşündə Amerika və Cənubi Koreya komandaları 3-cü yer və bürünc medal uğrunda avqustun 11-də Tehran vaxtı ilə saat 23:30-da üz-üzə gələcək.

Bu il İranın yeniyetmələrdən ibarət voleybol komandası dünya çempionatında 14-cü debütünə imza atıb. İranın yeniyetmələrdən ibarət milli komandası əvvəlki 13 mövsümdə 6 dəfə fəxri kürsüdə olub və İranın sonuncu çempionluğu 2017-ci ilə təsadüf edir. O zaman, Məhəmməd Vəkilinin başçılıq etdiyi İran yeniyetmələr komandası Bəhreyndə dünya çempionatının ilk pilləsinə qalxmışdı.

İranın ilk çempionluğu 2007-ci ilə təsadüf edir. 2001 və 2009-cu illərdə iki dəfə gümüş medal və 2003, 2015 və 2021-ci illər olmaqla, bu yarışlarda üç dəfə bürünc medal almaq isə, İran yeniyetmələrinin voleybol üzrə digər mükafatlarındandır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .