12 avqust 2023 at 13:00
Jurnalist kodu: 5487
Xəbər kodu: 85196467
T T
0 Persons

Tags

“Su diplomatiyası” Xəzəri xilas etmək üçün strategiya

12 avqust 2023 at 13:00
Xəbər kodu: 85196467
“Su diplomatiyası” Xəzəri xilas etmək üçün strategiya

Sari - İRNA - Mütəxəssislərin fikrincə, ölkənin şimalındakı sahil şəhərlərində Xəzər dənizinin suyunun həcmində görünməmiş azalma və geriləmə son onilliklərdə başlayıb və bu tendensiya davam edərsə, regionun turizm infrastrukturları, limanları və iqtisadi imkanları bu fenomendən təsirlənəcək. Ekspertlər hesab edirlər ki, bu problemdən yeganə çıxış yolu kollektiv müdriklik və digər Xəzəryanı ölkələrin bu işə qoşulması üçün su diplomatiyasının aktivləşdirilməsidir.

İRNA müxbirinin verdiyi məlumata görə, statistikaya əsasən, son 4 ildə Xəzər dənizinin səviyyəsi təxminən 38 sm azalıb. Xəzər Dənizinin Araşdırmaları və Tədqiqatları Milli Mərkəzinin ekspertlərinin araşdırmaları göstərir ki, 1990-cı illərdən Xəzərin suyunun səviyyəsinin 170 santimetr aşağı düşməsi nəticəsində dənizin belə nəzərəçarpacaq səviyyədə geri çəkilməsi şimal sahillərində, xüsusən Mazandaranın qərbində sahil zonasının böyük bir sahəsinin artmasına səbəb olub.

2017-ci ildə aparılan araşdırmaya əsasən məlum olub ki, 2050-ci ilə qədər Xəzərin suyu azalacaq. Mütəxəssislərin fikrincə, bu reqressiya iqlim dəyişikliyi ilə bağlıdır və bunun artması ehtimalı da vardır. Halbuki, Xəzər dənizinin geri çəkilməsinin təqribən 50%i oradakı suyun buxarlanma sürəti ilə bağlıdır. Qeyd olunan tendensiya bu sürətlə davam edərsə, Xəzərin Rusiya sahillərinin də daxil olduğu şimal hissəsindəki ərazisinin 20-25%i azalacaq.

Bu tədqiqatların nəticələri göstərir ki, təkcə 2014-2021-ci illərdə Xəzər dənizinin səviyyəsi təxminən 50 santimetr azalmışdır. Bu da dənizin müxtəlif sahillərdə 10 metrdən 100 metrə qədər geri çəkilməsinə səbəb olub.

Xəzər dənizinin sahil istinad stansiyalarında quruda ətraflı tədqiqatlar və ölçmələr aparılması nəticəsində məlum olmuşdur ki, reqressiya ölkənin şimal sahillərindən 850 km-dən çox sahilyanı ərazinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Ekspertlər fikrincə, suyun azalması prosesinin intensivləşməsi ilə çox da uzaq olmayan gələcəkdə dənizin daha da geri çəkilməsinə və dənizin böyük hissəsinin dənizdən çıxmasına şahid olacağıq.

Bu təbii hadisəyə diqqət etməklə mütəxəssislər vurğulayırlar ki, birinci mərhələdə dəniz dibinin mühafizəsinin vacibliyi nəzərə alınmalı, növbəti addımda isə aidiyyatı orqanlar bu hadisənin fəsadlarına ciddi fikir verməli və onun aradan qaldırılması üçün prinsipial şəkildə layihə yaratmalıdırlar.

İnfrastrukturlarda, iqtisadi və sosial istifadələrdə çətinliklərin yaranması, limanların və naviqasiyanın fəaliyyətinin pozulması, balıqçılıq və balıq ovu, Xəzər dənizi ilə bağlı su ehtiyatlarının (bataqlıqlar - körfəzlər) quruması, sahilyanı ərazilərin artması, insanların əraziyə müdaxiləsi, dəniz sahil su təbəqələrinə mənfi təsirlər, o cümlədən Xəzər dənizinin geri çəkilməsi və səviyyəsinin azalması Xəzərin geri çəkilməsinin mənfi nəticələrindən biridir.

Sizin rəyiniz

You are replying to: .