12 avqust 2023 at 15:30
Jurnalist kodu: 5487
Xəbər kodu: 85196720
T T
0 Persons

Tags

Cənub-Şərqi Asiya ölkələri ilə ticarət əlaqələrinin inkişafı Şərqi Azərbaycanın prioritetləri sırasındadır

Təbriz - İRNA - Şərqi Azərbaycan valisi İran İslam Respublikası ilə Cənub-Şərqi Asiya ölkələri arasında bir çox əməkdaşlıq imkanlarına toxunaraq deyib: “Bu ölkələr əhəmiyyətli iqtisadi inkişafa malik olublar və ticarət-iqtisadi əlaqələrdə əyalətin prioritetlərindən biridir.”

İRNA-nın məlumatına görə, Abidin Xürrəm şənbə günü İran İslam Respublikasının İndoneziyadakı səfiri ilə görüşündə keçmişdə Cənub-Şərqi Asiya ölkələri ilə zəif əlaqələri tənqid edərək deyib: “Əvvəlki hökumətdə xarici əlaqələr qərbə yönəlmişdi və Cənub-Şərqi Asiyada yerləşən ölkələrin imkanları diqqətdən kənarda qalmışdı.”

O, Təbrizin beynəlxalq mübadilə sahəsində yüksək imkanlarına toxunaraq bildirib ki, bir neçə onilliklər əvvələ qədər Təbriz İranın müasir sivilizasiyasının qapısı idi və İranın region ölkələri ilə siyasi əlaqələrinin inkişaf oxu hesab olunurdu.

Əyalətin elm, texnologiya, tibb və dərman sahələrindəki imkanlarına da işarə edən Xürrəm qeyd edib ki, Təbrizin ticarət baxımından da qədim tarixi var, belə ki, ölkənin ilk Ticarət Palatası 117 il əvvəl Təbrizdə yaradılmışdır.

Vali əyalətlə İndoneziya arasında iqtisadi və ticarət əlaqələrinin artdığını vurğulayaraq Şərqi Azərbaycan və İndoneziya arasında əməkdaşlığın inkişafının təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

O əlavə edib: “Şərqi Azərbaycan İranın Avropa ilə əlaqə qapısı hesab olunur və İndoneziyanın ixrac mallarının tranzitinin asanlaşdırılmasında rol oynaya bilər.”

13-cü hökumətdə İndoneziya ilə əlaqələrin güclənməsini görürük

İran İslam Respublikasının İndoneziyadakı yeni səfiri də bu görüşdə deyib: “İndoneziya İran üçün çox vacib ölkədir və xarici əlaqələrdə ilk beş ölkə arasındadır. Təəssüf ki, bu mövzuya kifayət qədər diqqət yetirilməmişdir.”

İndoneziyanın iqtisadi mövqeyinə işarə edən Məhəmməd Bürucerdi qeyd edib ki, beynəlxalq təşkilatların hesabatına görə, İndoneziya 2030-cu ilə qədər dünyanın dörd ən böyük iqtisadi güclərindən biri olacaq.

Səfir Prezidentin İndoneziyaya səfərini olduqca əhəmiyyətli adlandıraraq deyib: “13-cü hökumətdə biz ikitərəfli münasibətlər sahəsində yaxşı nailiyyətlər əldə etdik. Prezidentin bu ölkəyə səfəri və Tehranla Cakarta arasında 12 ikitərəfli əməkdaşlıq sazişinin imzalanması onun zirvəsi idi.

13-cü hökumətdə İndoneziya ilə bir çox iş sahələri təmin edilib və bu, Prezidentin səfərindən sonra ən yüksək səviyyəyə çatıb.”

M. Bürucerdi iki ölkə arasında iqtisadi mübadilənin həcminə də toxunaraq bildirib ki, hal-hazırda iki ölkə arasında ticarət dövriyyəsi 1,2 milyard dollar təşkil edir, lakin bu rəqəm Prezidentin sərəncamına əsasən 20 milyard dollara çatmalıdır. Ölkəmizin bilik bazası sahəsində baş verənlərə diqqət etməklə, yaxın 2 ildə bu rəqəmi beş milyard dollara çatdırmaq mümkündür.

İndoneziya Çin, Hindistan və ABŞ-dan sonra dünyanın dördüncü, müsəlman əhalisinin tərkibinə görə isə ən çox əhalisi olan ölkədir.

17.000-dən çox ada ilə bu ölkə dünyanın ən böyük arxipelaqı hesab olunur və onun əhalisi müxtəlif dillərə, irqlərə və subkulturalara malikdir. Bu arxipelaqın müxtəlif bölgələrində Yava, Dayak, Sundan, Peranakan, Betavi, Maduri və Batak alt mədəniyyətləri var. İndoneziya 34 əyalətə bölünür və mühüm şəhərləri Cakarta, Surabaya, Medan, Cok Cakarta, Bandunq, Bali, Banda Acehdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .