İRNA-nın verdiyi xəbərə görə, Sputnik informasiya agentliyi yazıb: Ermənistanın XİN bu gün verdiyi bəyanatda bildirib ki, Ermənistan dünən Laçın koridorunun bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı BMT TŞ-nın təcili iclas keçirməsini tələb edib.
Bu bəyanata əsasən, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan BMT TŞ katibinə ünvanladığı məktubda Qarabağın ermənilər yaşayan bölgəsində Laçın dəhlizinin bağlanması ilə əlaqədar olaraq, ərzaq, dərman və yanacaq kimi əsas malların qıtlığı yaranıb.
Ötən həftənin bazar ertəsi günü BMT-nin iki xüsusi məruzəçisi və bu beynəlxalq təşkilatın müstəqil eksperti Qarabağdakı kritik humanitar vəziyyətlə bağlı xəbərdarlıq edərək, Azərbaycan Respublikasından Laçın dəhlizinin blokadasını qısa müddətdə ləğv etməyi xahiş ediblər.
Ermənistan və Azərbaycan Respublikası 1990-cı illərin əvvəllərində və 2020-ci ildə 1991-1992-ci illərdə Bakıdan ayrıldığını elan edən Dağlıq Qarabağın ermənilər yaşayan bölgəsi üstündə müharibə etdilər.
Bu iki ölkənin 2020-ci ildəki müharibəsi nəhayət Rusiyanın vasitəçiliyi və bu ölkənin sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə başa çatdı.
Amma, hazırda Bakı Ermənistandan ərzaq, tibbi ləvazimat və humanitar yardımların daxil olması üçün yeganə yol olan Laçın koridorunu bağlamaqla bu regionda humanitar vəziyyəti kritik həddə çatdırıb.
Sizin rəyiniz