İRNA-nın bazar ertəsi verdiyi məlumata görə, bu ingilis qəzetinin köşə yazarı dünən (13 avqust), ölkənin 400 milyon funt sterlinq borcunun ödənilməsi müqabilində britaniyalı məhbusların Londona təslim edilməsi ilə bağlı keçən ilki razılaşmaya toxunaraq iddia edib ki, Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenin administrasiyası başlanğıcda bu məsələdən narahat idi və Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) canlandırmaq üçün hərtərəfli bir paket formasında məhbus problemini həll etməyi düşünən Co Bayden, indi, son razılaşma ilə, nüvə sazişinin öldüyünü hesab etdiyini göstərdi.
Məqalədə deyilir: Baxmayaraq ki, Bayden bu razılaşma ilə fəxr edə və 2024-cü il seçki kampaniyasında populyarlığını artırmağa ümid edə bilər, amma fakt budur ki, təkcə Yaxın Şərq ölkələri deyil, həm də Amerikanın bütün dünyadakı düşmənləri bu razılaşmanı rəsmi Vaşinqtonun zəiflik əlaməti sayır.
Bu ingilis mediasına görə, İran Rusiya ilə Qərb arasında əsas rol oynayaraq regional gücə çevrilib və son razılaşma onun təsirinin artmasına səbəb olacaq.
İran İslam Respublikasının BMT-dəki nümayəndə heyəti avqustun 10-da Tehranın Evin həbsxanasından ikili vətəndaşlığı olan məhbusların azad edilməsini təsdiqləyib və vurğulayıb: Bu azadetmə üçüncü ölkənin vasitəçiliyi ilə əldə edilmiş razılaşma çərçivəsində edilib ki, tərəflər sözügedən beş məhbusu qarşılıqlı olaraq azad və əfv edəcək.
Bu razılaşmanın həyata keçirilməsində Cənubi Koreyada bloklanmış 6 milyard dollar dəyərində İran aktivlərinin sərbəst buraxılaraq Qətərə köçürülməsi nəzərdə tutulur.
Bundan əvvəl 2024-cü il ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Ron DeSantis Tehran və Vaşinqton arasında məhbus mübadiləsi prosesinin başlandığını və İranın bloklanmış aktivlərin sərbəst buraxıldığını elan etdikdən sonra, qəzəblə demişdi: Bayden İrana təslim olub.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin Respublikaçı sədri Mayk Turner CBS telekanalına müsahibəsində Bayden administrasiyasının məhbusların azad edilməsi ilə bağlı İranla son razılaşmanın detalları barədə Konqresə məlumat verməməsini tənqid edərək deyib: Hazırda, sazişin şərtləri və ya hətta ümumi müddəaları barədə bizə məlumat verilməyib. Biz hökumətin Konqresin nəzarəti altında olan JCPOA-ya zidd olaraq geniş və qeyri-rəsmi razılaşma əldə etməyə çalışmasından narahatıq.
Sizin rəyiniz