İRNA-nın Rusiyanın “Əl Yəvm” xəbər telekanalına istinadən verdiyi məlumata görə, Əl-Əqsa Şəhidləri Batalyonları, Cenin döyüşündə şəhid olanların anım mərasimində bu döyüşün mühüm hadisə olduğunu və sionist ordusuna qarşı müqavimətin gücünü göstərdiyini vurğulayıb.
Onlar Cenin döyüşü şəhidlərinə azadlığa qovuşana kimi onların yolunu davam edəcəklərini söz verdiklərini bəyan ediblər.
Əl-Əqsa Şəhidləri Batalyonları həmçinin vurğulayıblar ki, sionist rejim zindanlarında məhbuslara qarşı istənilən hücuma cavab veriləcək.
Sionist rejimin həbsxanalarındakı fələstinli məhbusların ağır şəraiti bu rejimin son günlərdə Negev həbsxanasına hücumundan sonra daha da pisləşib, 1000-ə yaxın fələstinli məhbus bu hücuma etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu məsələ fələstinli qrupları məhbuslara kömək etmək üçün bu məsələyə müdaxilə etməklə hədələməyə sövq edib.
Cümə axşamı günü sionist rejimin xüsusi təyinatlı qüvvələrinin həbsxananın bəzi hissələrində məhbuslara hücumu, onlara qarşı zorakılıq və işgəncələri, eləcə də onların bir çoxunun zorakılıq yolu ilə təkadamlıq kameralara və digər həbsxanalara köçürülməsindən sonra sionist rejim həbsxanalarında, xüsusən də Negev həbsxanasında hələ də ciddi gərginlik hökm sürür.
Məhbusların işlərini izləyən təşkilatlar vurğulayıblar ki, sionist rejimin bu həbsxanaya çağırılan xüsusi bölmələri hələ də oradadır.
Fələstinli Əsirlər və Əsirlikdən Azad Olunmuş İnsanların İşləri üzrə Mərkəz də çərşənbə günü elan edib ki, sionist rejim zindanlarının rəhbərliyi Ramon həbsxanasının məhbuslarının rəhbərlərinə qarşı cəza tədbirlərinin həyata keçirilməsinə başlayıb.
Sizin rəyiniz