İRNA-nın “Middle East News”a istinadən verdiyi məlumata görə, İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əl-Səhhaf Ərbəin günlərində vizaların verilməsi ilə bağlı bu ölkənin Xarici İşlər naziri Fuad Hüseynin xüsusi tapşırığını açıqlayıb.
Onun sözlərinə görə, İraqın Xarici İşlər naziri ölkənin səfirliklərinə Ərbəin ziyarəti məqsədilə giriş vizalarının verilməsi üçün əllərindən gələni etməyi tapşırıb.
Əl-Səhhaf qeyd edib ki, bu ölkənin nümayəndəlikləri İraqa giriş vizalarının verilməsini asanlaşdırmaq üçün sutka boyu fəaliyyət göstərir.
Mətbuat katibi daha sonra deyib: “Xarici İşlər Nazirliyinin konsulluq şöbəsində zəruri reaksiya otağı fəaliyyət göstərir. Ərbəin mərasiminin uğurla həyata keçirilməsi üçün İraqın bütün qurumlarının fəaliyyətinə nəzarət edir.”
İraq XİN sözçüsü bu nazirliyin dini turizmin inkişafı üçün çalışdığını vurğulayıb.
Sizin rəyiniz