22 avqust 2023 at 11:33
Jurnalist kodu: 5487
Xəbər kodu: 85206681
T T
0 Persons

Tags

Şarja ilə qarşılaşmadan öncə Traktor komandasının son məşqi jurnalistlərin iştirakı ilə keçirilir

Təbriz - İRNA - Təbrizin futbol komandası Traktor jurnalistlərin 15 dəqiqəlik iştirakı və AFC müşahidəçilərinin nəzarəti altında Əl-Şarja komandası ilə qarşılaşmaq üçün son məşqini keçirib.

İRNA-nın məlumatına görə, bu gün Traktorun Asiya Çempionlar Liqasının pley-off mərhələsində Əl-Şarja ilə qarşılaşmadan öncə son məşqi jurnalistlərin iştirakı ilə Təbrizin Bonyan Dizel meydançasında keçirilib.

#AFC-nin qaydalarına əsasən, komandalara matçdan əvvəlki son məşqlərində jurnalistlərin reportaj hazırlaması üçün icazə verilir. Bu da, təbrizli jurnalistlərin 15 dəqiqəlik isinmə və gərilmə hərəkətləri məşqini yaxından izləməsinə səbəb olub.

Traktorun yeni transfer etdiyi Mehdi Əbdinin məşqdə olması digər oyunçuların, müxbirlərin və fotoqrafların diqqətini çəkdi. Jemes və Traktor azarkeşləri bu hücumçunun parlayacağına böyük ümid bəsləyirlər. Qeyd edək ki, Əbdi Traktorun Asiya oyununda yoxdur.

“Əl-Şarja” ilə oyundan əvvəl Təbrizin Traktorsazi futbolçuları isinmə və gərilmə hərəkətləri və qısa ötürmələr etdikdən sonra Pako Jemesin taktikasını nəzərdən keçiriblər.

İRNA-nın məlumatına görə, 22 avqust 2023-cü il çərşənbə axşamı saat 19:30-da başlayacaq olan Asiya Çempionlar Liqasının pley-off mərhələsində Traktor və Əmirliyin Əl-Şarja komandaları yaşıl meydanda üz-üzə gələcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .