28 avqust 2023 at 20:31
Jurnalist kodu: 5487
Xəbər kodu: 85213800
T T
0 Persons

Tags

Azərbaycan XİN: Makron birtərəfli qaydada Ermənistanı müdafiə edir

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Prezidentinin son açıqlamasını və Ermənistanı dəstəkləməsini tənqid edib.

Bazar ertəsi Azərbaycan XİN Fransa Prezidenti Emmanuel Makronu və onun Ermənistana dəstəyini kəskin tənqid edib.

“Trend News” xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib: “Emmanuel Makronun bir daha təkrarlanan qərəzli fikirləri sülh prosesinə xələl gətirir və regionda mövcud vəziyyət haqqında yanlış təsəvvür yaradır.”

Fransa Prezidenti bu yaxınlarda Qarabağa humanitar çıxışın bərpası üçün əlindən gələni edəcəyini bildirib.

 “Armen Press”-in yaydığı məlumata görə, Makron “Le Point” qəzetinə müsahibəsində deyib: “Fransa Ermənistan və Azərbaycanın davamlı sülhə nail olması üçün əlindən gələni edir.”

O, əlavə edib: “Bizim diplomatiyamız aydındır. Mən təəssüflənirəm və bu blokadanı pisləyirəm. Dağlıq Qarabağ məsələsi mürəkkəb məsələdir. Fransa 2020-ci il müharibəsini pisləyib və bir sıra humanitar addımlar atıb. Bu gün biz Ermənistanla Azərbaycan arasında razılaşma əldə etmək üçün hər şeyi edirik.”

Azərbaycanlı diplomat əlavə edib ki, Makron birtərəfli qaydada Ermənistanı müdafiə edir. Hacızadə bildirib ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə səbəb olan 44 günlük Qarabağ müharibəsinin pislənməsi, həmçinin Fransanın regionda humanitar vəziyyətlə bağlı iddialarının xüsusi vurğulanması başa düşülən deyil.

Onun sözlərinə görə, Makron tərəfindən “Laçın humanitar dəhlizi” kimi ifadələr işlədilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.

Bir neçə gün əvvəl Çin və Fransanın xarici işlər nazirləri də telefon danışığında Qarabağdakı son vəziyyəti, o cümlədən mühüm “Laçın” marşrutunu dəyərləndiriblər. Fransanın Xarici İşlər naziri Ketrin Kolonna çinli həmkarı Vanq Yi ilə Qarabağdakı vəziyyəti müzakirə edib.

Fransa XİN-in bəyanatında bildirilir ki, Fransa Xarici İşlər naziri Laçin dəhlizi ilə sərbəst gediş-gəlişin bərpası, Dağlıq Qarabağ əhalisini fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təmin etmək xahişini təkrarlayıb.

Sizin rəyiniz

You are replying to: .