Makron: Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılması üçün yeni diplomatik təşəbbüs təqdim edəcəyəm

Tehran - İRNA - Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında gərginliyi azaltmaq məqsədilə diplomatik təşəbbüs təqdim etmək üçün Azərbaycan Respublikası və Ermənistanın başçıları ilə danışıqlar aparacağını bildirib.

İRNA-nın məlumatına görə, Fransa Prezidenti bazar ertəsi bu ölkənin səfirlərinin iştirak etdiyi iclasda bildirib ki, yaxın günlərdə Azərbaycan Respublikası və Ermənistan başçıları ilə danışıqlar aparacaq.

“News Armenia”-nın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu forumda bəyan edib ki, bu həftə o, Ermənistan və Azərbaycan liderləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparacaq və yeni diplomatik təşəbbüs təqdim edəcək.
Bazar ertəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Prezidentini və onun Ermənistana dəstəyini kəskin tənqid edib.

Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib: “Emmanuel Makronun bir daha təkrarlanan qərəzli fikirləri sülh prosesinə xələl gətirir və regionda mövcud vəziyyət haqqında yanlış təsəvvür yaradır.”

Hacızadə əlavə edib ki, Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad edilməsinə səbəb olan 44 günlük Qarabağ müharibəsinin pislənməsi, eləcə də Fransanın regionda humanitar vəziyyətlə bağlı iddialarının xüsusi vurğulanması başa düşülən deyil.

Makron Fransa səfirlərinin toplantısında deyib: “Bu həftə mən Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə danışacağam. Biz Laçın dəhlizi ilə bağlı sazişlərin tam icrasını tələb edəcəyik və yeni plan da ortaya qoyacağıq.”

Sizin rəyiniz

You are replying to: .