29 avqust 2023 at 16:11
Jurnalist kodu: 5487
Xəbər kodu: 85214782
T T
1 Persons

Tags

Kamalvəndi: İranın beş nüvə nailiyyəti Avstriyada nümayiş etdiriləcək

Tehran - İRNA - Ölkənin Atom Enerjisi Təşkilatının sözçüsü deyib: “Bu təşkilat sentyabr ayında Vyanada keçiriləcək sərgidə ölkəmizin nüvə sektorunda beş nailiyyətini nümayiş etdirməyi planlaşdırır.”

Behruz Kamalvəndi “Xidmət Hekayəsi” sərgisi çərçivəsində İRNA-nın siyasi məsələlər üzrə müxbirinə verdiyi açıqlamada sözügedən sərginin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təşkil olunacağını bildirib.

Kamalvəndi Atom Enerjisi Təşkilatının bu sərgidə nümayiş etdirəcəyi nailiyyətlərdən danışaraq deyib: “Təşkilat ölkənin bir çox sənaye sahələrinin tələbatını ödəyir və müxtəlif sektorlarda lazımi materialların tədarükü bu sənayelərin hərəkət dövrünə kömək edə bilmişdir. Təşkilat zənginləşdirmə, radiofarmasevtika, ağır su törəmələri, lazer və digər sektorlarda mühüm uğurlara imza atıb. Bu cür sərgilərin imkanlarından istifadə etməklə insanların həyatının hər sahəsində görünən bu nailiyyətlər bəyan edilməlidir.”

O, qeyd edib ki, sərgi ölkənin nailiyyətlərini insanlara çatdırmaq üçün bir fürsətdir və insanların rifahına, rahatlığına, təhlükəsizliyinə yönəlmiş tədbirlərdir və bu sərgidə onun nümunələri var.

1 Persons

Sizin rəyiniz

You are replying to: .