29 avqust 2023 at 17:47
Jurnalist kodu: 5487
Xəbər kodu: 85214879
T T
0 Persons

Tags

Tehran və Bağdad xarici zəvvarların İran sərhədindən gediş-gəlişinə dair anlaşma memorandumu imzalayıb

Bağdad - İRNA - Çərşənbə axşamı İran və İraq Ərbəin mərasiminə xarici zəvvarların girişini asanlaşdırmaq məqsədilə anlaşma memorandumu imzalayıblar.

İRNA müxbirinin verdiyi məlumata görə, memorandumu bu gün Bağdadda İran İslam Respublikasının Daxili İşlər naziri Əhməd Vəhidi və İraq Respublikasının Daxili İşlər naziri Əbdüləmir əl-Şəmmari imzalayıb.

Bu memorandum əsasında qərara alınıb ki, Tehran və Bağdad Ərbəin ziyarəti üçün İrana daxil olan əfqanıstanlı və pakistanlı zəvvarların məlumat və şəxsiyyət məlumatları mübadiləsi yolu ilə əməkdaşlıq etsinlər və onların İraqa girişini asanlaşdırsınlar.

Tehran və Bağdad xarici zəvvarların İran sərhədindən gediş-gəlişinə dair anlaşma memorandumu imzalayıb

Tərəflər həmçinin, iki ölkənin sərhəd-keçid məntəqələrindən İraqdakı ziyarətgahlara əcnəbi vətəndaşların daşınması ilə bağlı razılığa gəliblər.

İran İslam Respublikasının Daxili İşlər naziri iraqlı həmkarı ilə İmam Hüseyn (ə) Ərbəini mərasimi ilə bağlı məsələləri müzakirə etmək üçün bu gün Bağdada səfər edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .