Abdullah Mübini cümə günü Xosrəvi sərhədindən qayıdarkən və zəvvarların hərəkəti üçün bu keçidin infrastrukturlarına baxış keçirərkən İRNA müxbirinə açıqlamasında deyib: “Bu il təşkil olunmuş proqrama əsasən, xarici ölkə vətəndaşlarının əksəriyyəti dörd sərhəd-buraxılış vasitəsilə gediş-gəliş etməli idi. O cümlədən Başmaq və Tamarçin Azərbaycan, Türkiyə və Rusiyadan gələnlər, Şələmçə və Cəzabə İranda yaşayan mühacirlər üçün nəzərdə tutulmuşdu. Xarici zəvvarların böyük hissəsi də Xosrəvi sərhəd-buraxılış məntəqəsi vasitəsilə gediş-gəlib edib.
O, bildirib ki, xarici zəvvarların ən çox axını müvafiq olaraq Çəzabə, Şələmçə, Başmaq, Tamarçin və Xosrəvi sərhədlərindən olub. Xarici zəvvarların gediş-gəlişinin olmadığı yeganə sərhəd Mehran idi ki, bu da çox yüksək sıxlıq olduğundan istifadə edilmədi.
Xosrəvi sərhəddi digər sərhədlərə nisbətən daha tam və daha yaxşı infrastruktura malikdirNazir müavini və Daxili İşlər Nazirliyinin Milli İmmiqrasiya Təşkilatının rəhbəri deyib: “Bu il Xosrəvi sərhəd-keçid məntəqəsi vasitəsilə xeyli sayda zəvvar qarşılanıb. Səbəb budur ki, Xosrəvi sərhəd-buraxılış məntəqəsi daha tam infrastruktura malikdir, onun yol vəziyyəti həm İran, həm də İraq tərəfdən digər sərhədlərlə müqayisədə 2 zolaqlıdır və məsafə baxımından daha asandır.”
Abdullah Mübini qeyd edib ki, çox yaxşı infrastruktura malik, daha yaxşı və daha yaxın çıxışı olan Xosrəvi sərhəd-buraxılış məntəqəsi qarşıdakı illərdə daha çox xarici vətəndaşların gediş-gəlişi üçün istifadə olunacaq sərhədlərdən biridir. Buna görə də, İraq tərəfi ilə danışıqlar aparmaq və razılaşmaq lazımdır. Biz danışıqlar ardıncayıq və bununla bağlı razılığa gəlsək, mütləq elan edəcəyik. Çünki İraq hökuməti yolun və zəvvarların təhlükəsizliyini nəzərə almalıdır ki, onlar Xosrəvi sərhəd-buraxılış məntəqəsindən daha çox istifadə edə bilsinlər.
İRNA-nın məlumatına görə, keçən il Ərbəin günlərində Xosrəvi sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 500 min zəvvar gediş-gəliş edib.
Səlahiyyətlilərin sözlərinə görə, infrastrukturun inkişafı və bu keçid vasitəsilə 24 saatlıq nəqliyyatın hərəkətinə diqqət etməklə, bu il proqnozlar Kərbəla və digər müqəddəs ziyarətgaha gedən zəvvarlarının əsas və ən qədim gediş-gəliş yeri kimi bu rəsmi sərhəddən zəvvar axınının üç dəfə artacağını göstərir.
Sizin rəyiniz