Bəyanatda bildirilir: “İran İslam Respublikasının Silahlı Qüvvələrinin və hərbi texnikasının ölkənin şimal-qərbindəki ( Ermənistan və Azərbaycan) sərhədyanı bölgələrə daşınması ilə bağlı naməlum və qərəzli mənbələr tərəfindən saxta video və xəbərlərin yenidən yayılmasına diqqət etməklə, rəsmi və mötəbər məlumatlara görə, ölkəmizin Silahlı Qüvvələri tərəfindən qeyd olunan ərazilərə hər hansı hərbi köçürmələr qəti şəkildə təkzib edilir.
Qeyd edək ki, İran İslam Respublikasının Silahlı Qüvvələri öz bəyanat və xəbərlərini yalnız rəsmi KİV və sözçülər vasitəsilə elan edir, kiber məkanda yalan və qərəzli xəbərlərin yayılmasının heç bir dəyər və etibarı yoxdur.”
Bundan əvvəl İranın xəbər agentliklərindən biri ölkənin şimal-qərb sərhədlərinə hərbi texnikanın daşınmasını əks etdirən görüntülər dərc etmişdi və bu görüntülərlə bağlı açıqlamalar verərək bu qüvvələrin İraqın Kürdüstan bölgəsindəki separatçı terror qruplaşmalarını tərksilah etmək üçün iki ölkə sərhədlərinə göndərildiyini, bu məsələnin Azərbaycanla Ermənistan arasında son vaxtlar yaranmış gərginliklə heç bir əlaqəsinin olmadığını bildirmişdi.
Sizin rəyiniz