13 sentyabr 2023 at 18:16
Jurnalist kodu: 5481
Xəbər kodu: 85228228
T T
1 Persons

Tags

Azərbaycan səfirliyinə hücum edən şəxsə ağır cəza

Tehran - İRNA - Tehranın prokuroru Əli Salehi deyib: Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsin ittihamı ilə bağlı proses məhkəmə sistemi tərəfindən kifayət qədər sürətlə və dəqiqliklə araşdırılıb.

Salehi əlavə etdi: Tehran Cinayət Prokurorluğunda məhkəmə istintaqının başa çatması ilə, bu iş üzrə müttəhim səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan vətəndaşının qəsdən öldürülməsi, qanunsuz silah və döyüş sursatı, o cümlədən Kalaşnikov avtomatı, 1 ədəd tapança alınması, daşınması və saxlanması və ictimai asayişi pozmaqda təqsirli bilinərək ciddi cəza tələb olunub. Azərbaycan Respublikası vətəndaşı olan  səfirliyin 3 əməkdaşının yaralanması və qəsdən xəsarət yetirilməsi də daxil olmaqla, digər ittihamlar üzrə cinayət işi açılıb. Cinayət işi tamamlanana qədər şikayətçilər tərəfindən sənədlər qəbul edilmək üçün açıqdır.

Sonda o, iki ölkə arasında münasibətlərin korlanması üçün geniş kompaniya aparıldığını vurğulayaraq bildirib: Zərərçəkənlərin ailələri tərəfindən daxili məhkəmələrə şikayət edildikdən sonra, bu işin araşdırılmasına iki ölkənin məhkəmə orqanlarının sıx əməkdaşlığı ilə başlanılıb və iş dövlət ittihamçısı tərəfindən cəza tələb etmə mərhələsinə çatıb.

1 Persons

Sizin rəyiniz

You are replying to: .