İRNA-nın şənbə günü Avaye-Əfğan İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, Talibanın sözçüsü “Zəbihullah Mücahid” Azərbaycan Dövlət Televiziyasının müxbirinə verdiyi müsahibədə qeyd edib ki, biz Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyəcəyik.
Taliban sözçüsünün açıqlamaları Azərbaycan Respublikası ilə Ermənistan arasında strateji əhəmiyyətə malik olan və hər iki tərəfin illərdir bu bölgənin öz ərazisinə aid olduğunu iddia etdiyi Qarabağla bağlı çoxlu münaqişənin mövcud olduğu bir vaxtda verilib.
Mücahid vurğuladı: Biz həmişə ölkələrin bir-birinin ərazi bütövlüyünə hörmətini dəstəkləmişik. Əfqanıstanın ərazi bütövlüyü son dərəcə vacib olduğu üçün, mən hesab edirəm ki, ərazi bütövlüyünün əhəmiyyəti Bakı üçün də çox önəmlidir.
Azərbaycan Respublikasının Trend xəbər agentliyinin məlumatına görə, Talibanın sözçüsü hökumətin Azərbaycan Respublikasının Kabildəki səfirliyinin fəaliyyətə başlamasına hazır olduğunu bildirib.
O əlavə edib: Biz Azərbaycan Respublikasının Kabildə nümayəndəliyinin açılması üçün əlverişli şərait yaratmışıq və biz də Bakıda nümayəndəliyimizi açmaq istəyirik.
Sizin rəyiniz