16 sentyabr 2023 at 18:30
Jurnalist kodu: 5487
Xəbər kodu: 85229925
T T
0 Persons

Tags

Türkiyə Qarabağ probleminin həlli üçün dördtərəfli görüş təklif edib

Tehran - İRNA - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Azərbaycan və Ermənistana Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüş keçirməyi təklif etdiyini açıqlayıb.

İRNA-nın şənbə günü “TASS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Bizim prioritetimiz əvvəlcədən planlaşdırılan üçtərəfli danışıqların aparılmasıdır. Lakin Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə dördtərəfli görüş təklifi hələ də gündəmdədir.”

O, əlavə edib: “Mən atılacaq addımları müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana dördtərəfli görüş təklif etdim.”

Ərdoğan Nyu-Yorka getməzdən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında yerli mətbuata açıqlamasında deyib ki, bu təkliflə bağlı indiyədək heç bir müsbət və ya mənfi cavab almamışıq.

Sizin rəyiniz

You are replying to: .