18 sentyabr 2023 at 19:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85232066
T T
0 Persons

Tags

Təbriz “Şairlər Məqbərəsi” gül yağışına tutuldu

18 sentyabr 2023 at 19:27
Xəbər kodu: 85232066
Təbriz “Şairlər Məqbərəsi” gül yağışına tutuldu

Təbriz - İRNA – “Milli Şeir və Fars Ədəbiyyatı Günü” və Ustad Məhəmmədhüseyn Şəhriyarın vəfatının ildönümü ilə eyni vaxtda, bu şairin, eləcə də Təbriz Məqbərətuş-Şuərasında (Şairlər Məqbərəsi) dəfn edilmiş digər 400 şair, arif və yazıçının məzarına güllər düzülüb.

Bu mərasim bazar ertəsi bir qrup şair, ziyalı, dövlət qurumları, mədəniyyət və incəsənət müəssisələri rəhbərləri, əyalətin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilib.
Milli Şeir və Fars Ədəbiyyatı Günü ilə bağlı mərasim bu gün Təbrizdə Mədəniyyət və İslami İrşad nazirinin iştirakı ilə keçiriləcək.

27 şəhrivər (18 sentyabr) Şəhriyar ləqəbli Məhəmmədhüseyn Behcət Təbrizinin vəfatının ildönümü günü Mədəni İnqilab Ali Şurasının təsdiqi ilə İran Milli Şeir və Ədəbiyyat Günü adlandırılıb.

Ustad Şəhriyar günəş ili 1285-də (m.1906) Təbrizdə anadan olmuş və 27 şəhrivər 1367-ci ildə (m.18 sentyabr 1988) vəfat etmişdir.

Tarixi sənədlərə əsasən, Təbrizin Məqbərətuş-Şuərasında “söz mülkünün Şəhriyarı” da daxil olmaqla, İranın 400 məşhur şair və arifi dəfn edilmişdir.

Sizin rəyiniz

You are replying to: .