19 sentyabr 2023 at 14:49
Jurnalist kodu: 5487
Xəbər kodu: 85232891
T T
0 Persons

Tags

Azərbaycan Qarabağda hərbi əməliyyata başlayıb - Video

19 sentyabr 2023 at 14:49
Xəbər kodu: 85232891
Azərbaycan Qarabağda hərbi əməliyyata başlayıb - Video

Tehran - İRNA - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Qarabağ bölgəsində konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə hərbi əməliyyatlara başladığını elan edib və xəbərlərdə bu ölkənin öz hava məkanını Ermənistanın üzünə bağladığı qeyd olunur.

Azərbaycan Respublikası MN konstitusiya quruluşunun bərpası üçün Qarabağda anti-terror əməliyyata başladığını elan etdiyi bir vaxtda yerli KİV-lər Azərbaycanın hava məkanının Ermənistanın üzünə bağlanması haqda xəbər yayıblar.

Rusiyanın “Sputnik” xəbər agentliyinin verdiyi xəbərə görə, Azərbaycan Respublikası MN cari hadisələrlə bağlı Rusiya sülhməramlılarının komandanlığını və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyini məlumatlandırdığını açıqlayıb.

Azərbaycan MN hərbi əməliyyatlarda mülki əhalini və infrastrukturu hədəf almadığını və yalnız hərbi hədəfləri məhv etdiyini vurğulayıb.

Xəbərlərdə Azərbaycan Silahlı Qüvvələrinin Xankəndidə ermənilərin hava hücumundan müdafiə sisteminə hücum etdiyi bildirilir.

Azərbaycan konstitusiyanın bərpası adı ilə Qarabağda hərbi əməliyyata başladığını elan etdikdən sonra AFP-nin müxbiri bu gün (çərşənbə axşamı) Qarabağın mərkəzi Stepanakertdə partlayış səslərinin eşidildiyini xəbər verib.

Digər tərəfdən, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan qüvvələrinin Ermənistan ordusu və bu ölkənin hərbi mövqelərinə qarşı nöqtə vuran silahlardan istifadə etməklə hücumlara başladığını bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .