19 sentyabr 2023 at 16:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85233036
T T
0 Persons

Tags

Rusiyanın Müdafiə naziri Tehrana gəldi

19 sentyabr 2023 at 16:36
Xəbər kodu: 85233036
Rusiyanın Müdafiə naziri Tehrana gəldi

Tehran - İRNA - Rusiyanın Müdafiə naziri bu gün axşam saatlarında yüksək rütbəli hərbi heyətlə Tehrana gəlib.

İRNA-nın Silahlı Qüvvələrin Baş Qərargahının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının Müdafiə naziri Ordu Generalı Sergey Şoyqu sözügedən ölkənin yüksək rütbəli hərbi rəsmilərindən ibarət nümayəndə heyəti ilə birgə bu gün axşam saatlarında Tehrana gəlib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, General mayor Məhəmməd Baqirinin rəsmi dəvəti ilə İrana səfər edən S. Şoyqu bir neçə saatdan sonra Silahlı Qüvvələrin Baş Qərargahının ofisində ölkəmizin ali hərbi rəsmisi ilə görüşəcək.

Müdafiə diplomatiyasının inkişafı, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, o cümlədən ümumi təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə bu görüşün əsas istiqamətləri sırasındadır.

Məlumata görə, Rusiya Federasiyasının Müdafiə naziri bu səfər zamanı ölkəmizin silahlı qüvvələrinin yüksək rütbəli komandirləri ilə də görüşəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .