19 sentyabr 2023 at 20:12
Jurnalist kodu: 5487
Xəbər kodu: 85233181
T T
0 Persons

Tags

Avropa İttifaqı Qarabağda hərbi əməliyyatların dayandırılmasını tələb edib

Tehran - İRNA - Aİ-nin xarici siyasət rəhbəri bu gün (çərşənbə axşamı) Qarabağda hərbi gərginliyin artmasını pisləyib və Azərbaycandan bu bölgədə hərbi əməliyyatlarını dayandırmağı tələb edib.

İRNA-nın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Cozep Borrell bu barədə bəyanat yayaraq bildirib: “Regionda sabit vəziyyətə qayıtmaq üçün Qarabağda erməni əhalisi ilə Bakı arasında dialoqa qayıdış hiss olunur.”

O, əlavə edib: “Bu hərbi eskalasiya yerli əhalinin köçürülməsi üçün bəhanə kimi istifadə edilməməlidir.”

Borrell Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında dialoq prosesini asanlaşdırmağa hazır olduğunu bəyan edib.

Avropa İttifaqının xarici işlər üzrə sözçüsü Peter Stano “Armen Press”-ə müsahibəsində müharibəni dayandırmağa və regionda diplomatik həll yollarının təmin edilməsinə çağırıb.

O deyib: “Biz vəziyyəti qiymətləndiririk və sahədəki hadisələri izləyirik. Bu vəziyyətdə Avropa İttifaqı birtərəfli hərəkətlərdən çəkinəcək.”

Fransa Azərbaycanın hərbi əməliyyata başlamasını kəskin pisləyib

İRNA-nın məlumatına görə, Fransa Xarici İşlər Nazirliyi bu gün axşam saatlarında Azərbaycanın Qarabağ bölgəsində hərbi əməliyyatlara başlamasını kəskin şəkildə pisləyib.

Bu nazirliyin saytı çərşənbə axşamı Qarabağ bölgəsində hərbi münaqişələrin başlamasına münasibət bildirərək bəyanat yayıb. Bəyanatda vurğulanır: “Fransa Azərbaycanın Dağlıq Qarabağda, o cümlədən yaşayış məntəqələrində və ağır silahlardan istifadə etməklə hərbi əməliyyatlara başlamasını pisləyir.”

Bəyanatda əlavə edilir: “Heç bir bəhanə minlərlə mülki şəxsi təhdid edən və aylarla qeyri-qanuni mühasirədə qalmış insanlara qarşı belə birtərəfli addıma haqq qazandıra bilməz.”

Fransa XİN Azərbaycanın hərəkətini beynəlxalq ictimaiyyətin danışıqlar yolu ilə həllinə nail olmaq səyləri ilə zidd adlandırıb.

Bəyanatda bildirilir: “Fransa Azərbaycandan öz təcavüzünü tez bir zamanda dayandırmağı və beynəlxalq qanunlara hörmət etməyi tələb edir. Dağlıq Qarabağın mülki əhalisinin taleyinə görə yalnız Azərbaycan Respublikası cavabdeh olacaq.”

Fransa XİN yaydığı bəyanatda Parisin BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etdiyini vurğulayaraq bildirir: “Fransa bu qəbuledilməz hücuma regionun təhlükəsizliyinə yaratdığı risklərə uyğun güclü cavab vermək üçün Avropa və Amerika tərəfdaşları ilə sıx əməkdaşlıq edir.”

Eyni zamanda, Rusiya XİN Moskvanın Qarabağdakı vəziyyətlə bağlı Ermənistan və Azərbaycan ilə əlaqə saxladığını açıqlayıb.

Rusiya XİN əlavə edib ki, Qarabağla bağlı razılaşmalar vəziyyəti gərginləşdirmək əvəzinə Ermənistan və Azərbaycan arasında münaqişələrin həlli üçün həyata keçirilməlidir.

Moskva Ermənistan və Azərbaycandan bir-birinə qarşı hərbi əməliyyatları dayandırmağı və diplomatik həll yoluna qayıtmağı istəyib.

“AZƏRTAC” xəbər agentliyi də bildirib: “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Qarabağdakı mülki əhalini mesaj, elan və səsgücləndiricilər vasitəsilə hərbi obyektlərdən uzaq durmağa və “Ermənistan silahlı qüvvələrinin bölmələrinə” dəstək verməməyə çağırıb.”

Bu arada AFP də məlumat yayıb ki, Azərbaycan Respublikası Qarabağ bölgəsi vətəndaşlarının təxliyəsi üçün marşrutlar ayırdığını açıqlayıb.

Azərbaycan XİN-nin yaydığı bəyanatda bildirilir: “Sülhün yeganə yolu erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılmasıdır.”

Sizin rəyiniz

You are replying to: .