20 sentyabr 2023 at 10:29
Jurnalist kodu: 5487
Xəbər kodu: 85233583
T T
0 Persons

Tags

Ayətullah Rəisi: Dünyanı amerikanlaşdırmaq layihəsi iflasa uğrayıb

20 sentyabr 2023 at 10:29
Xəbər kodu: 85233583
Ayətullah Rəisi: Dünyanı amerikanlaşdırmaq layihəsi iflasa uğrayıb

Tehran – İRNA – İran İslam Respublikasının prezidenti 2023-cü il BMT Baş Assambleyasında anti-islamçılıq və mədəni aparteidin çağdaş insana layiq olmadığını bəyan edərək vurğulayıb: Dünya formalaşmaqda olan yeni nizama geri dönülməz keçiddən keçir və dünyanı amerikanlaşdırmaq layihəsi iflasa uğrayıb.

İRNA-nın hökumət müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında dedi: Baş Assambleyanın yeni sessiyası dünyanın misli görünməmiş dəyişiklər yaşadığı və tarix yazdığı bir vaxtda başlayır.

O əlavə etdi: Bəşəriyyətin parlaq gələcəyini təmin edən amil, insanı kamilliyə və ləyaqətə aparan yüksək dəyərlərə diqqət yetirməkdir və insanlığı və insanı ucaldan dəyərləri müəyyən edən Uca Allahın kəlamlarından daha gözəl nə ola bilər?!

Prezident sonuncu ilahi peyğəmbərin kitabı olan Qurani-Kərimin nəcib təlimlərinə işarə edərək və Quranın yandırılması kimi təhqiramiz əməli pisləyərək deyib: Qurani-Kərim inanc və əqidələri təhqir etməyi qadağan edir və dinlərə hörməti Allahın rəsulu Məhəmmədin (s) varlığına hörmət sayır.

Ayətullah Rəisi əlavə etdi: Bu, Allahın kəlamlarının yandırıldığı ilk hadisə deyil və onlar mələkutun səsini əbədi olaraq kəsdiklərini düşünürlər. Lakin insan cəmiyyətləri üçün Quran təlimləri heç vaxt yanmayacaq və təhqir və təhrif atəşi həqiqətin rəqibi olmayacaq.

O, Qurani-Kərimin yandırılması, məktəblərdə hicabın qadağan edilməsi və onlarla başqa biabırçı ayrı-seçkilik kimi müxtəlif formalarda anti-islamçılıq və mədəni aparteidin çağdaş insana yaraşmadığını bildirib və belə davam edib: Bu nifrət addımlarının arxasında daha böyük bir plan var və bunu söz azadlığı adlandırmaq yanlışdır.

Ayətullah Rəisi əlavə edib: Bəzi çirkin, lakin güclü cərəyanlar çarəni böhran yaratmaqda və düşmən formalaşdırmaqda görürlər ki, bu mədəni aparteid müsəlman cəmiyyətini, xüsusən də mühacirləri hədəf alıb. Biz hesab edirik ki, İlahi dinlərə hörmət beynəlxalq sistemin gündəmlərindən biri olmalıdır və Birləşmiş Millətlər Təşkilatı uyğun mexanizm hazırlayaraq İlahi dinlərə hörmətə zəmanət verməlidir.

Prezident dedi: Əhd-peymana vəfadarlıq, doğru danışmaq, əmanətdarlıq, sövdələşmə və alverdə sadiqlik, imkansızlara xidmət etmək, yoxsulluq, çirkinlik, haqsızlıq və ayrı-seçkiliyə qarşı mübarizə Qurani-Kərimin məzmunudur.

Ayətullah Rəisi bu gün İslama qarşı müharibə ilə yanaşı ailə sisteminə qarşı da müharibənin şahidi olduğumuzu bildirərək, BMT-dən ailəyə hörmətin diqqətdə saxlanmasını istəyib.

O, çıxışının davamında qeyd etdi: Dünya dəyişir və formalaşmaqda olan yeni beynəlxalq nizama doğru geri dönülməz keçiddən keçir. Qərbin hökmranlıq düsturu artıq dünyada cavab vermir və doyumsuz hökmdarların və kapitalistlərin mənafeyinə xidmət edən köhnə liberal nizamdan imtina edilib.

Prezident vurğuladı: Dünyanı amerikanlaşdırmaq layihəsi iflasa uğrayıb və İran xalqı fəxr edir ki, İslam inqilabının yardımı ilə Şərq və Qərb hökmdarlarının simalarından maskanın götürülməsində ən böyük rola və maarifləndirməyə imza atmışdır.

İranın yeni Şərq və Qərbin yaradılmamasının zəruriliyinə inandığını bildirən Ayətullah Rəisi əlavə edib: İran qonşu ölkələrlə faydalı münasibətlərdə yeni bir səhifə açdı və İslam Respublikasının qonşuluq siyasəti region üçün xeyirxah siyasətdir. Dostluğa uzanan hər bir əli hərarətlə sıxırıq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .