İRNA-nın şənbə günü “Əl-Əhd” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Livan Hizbullah Hərəkatı Baş katibinin müavini Şeyx Nəim Qasım bildirib ki, istər ərəb, istərsə də qeyri-ərəb olmaqla, hər hansı tərəfin sionist rejimlə münasibətlər qurması xəyanətdir.
O, Səbra və Şatila qətliamının ildönümü münasibətilə verdiyi açıqlamalarda Fələstin məsələsinin həll yolunun hərbi və mülki müqavimət olduğunu vurğulayıb.
Şeyx Nəim Qasim Fələstində və bölgədəki bütün müqavimət qruplarını bu sahədə bir-biri ilə əməkdaşlıq etməyə çağırıb və bu həll yolunun öz faydalarını və nəticələrini sübut etdiyini əsas gətirib.
Səbra və Şatila qətliamının sionist rejimin cinayətkar yanaşmasını göstərdiyini diqqətə çatdıran Hizbullah Baş katibinin müavini deyib: “Torpağın azad olunması və onun qorunması yalnız silahla gerçəkləşə bilər və silah sionist düşmənə qarşı yeganə çəkindirici vasitədir. Ona görə də silahı əlimizdə saxlamalı, gücümüzü artırmalıyıq.”
Şeyx Naim Qasim vurğulayıb ki, İran İslam Respublikası bu gün müqavimət mehvərinin ox ucudur. Fələstinlilərin azadlıq uğrunda mübarizə iradəsi İranın Fələstinə və fələstinlilərə dəstəyinin əsasını təşkil edir. Yalnız silah və müqavimət torpağı azad edəcək.
O, bəzi tərəflərin Livandakı müqavimət hərəkatını tərksilah etmək çağırışlarına cavab olaraq deyib: “Onlar müqaviməti məhv etmək və Livanı düşmənə qarşı zəiflətmək istəyirlər. Bu isə sionist proyektinə xidmət etmək istiqamətindədir.”
Livan Hizbullah Hərəkatı Baş katibinin müavini bundan əvvəl bildirmişdi ki, Livanda bəzi tərəflər Livan prezidentini seçməkdə öz zəifliklərini ört-basdır etmək üçün müqavimətə və onun silahlarına hücum edirlər.
O, bunu da vurğulamışdı ki, bu gün prezident seçmək üçün yeganə müsbət yol danışıqlar yoludur.
Şeyx Nəim Qasim bildirmişdi: “Bilin ki, sionistlərin Livan xalqı ilə qarşılaşmadan onların işlərinə müdaxiləsi dövrü başa çatıb və müqavimət sayəsində Livan azad edildi, dəniz sərhədləri də müəyyənləşdi və biz neftimizi, qazımızı geri alacağıq. Müqaviməti sayəsində təkfirçilərin onlar da qovuldular və biz sionist rejimlə çəkindirmə balansı yaratdıq.”
Sizin rəyiniz