İRNA-nın məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları naziri İsa Zarepur “Nur 3” təsvir götürücü peykinin uğurla orbitə buraxıldığını bildirib.
Nazir deyib: “SEPAH Aerokosmik Qüvvələri mütəxəssislərinin səyləri ilə bir neçə dəqiqə əvvəl İranın Qasid peykdaşıyıcısı vasitəsilə “Nur 3” təsvir götürücü peyki yerin 450 km orbitində uğurla yerləşdirildi.”
Zarepur vurğulayıb: “Bu uğura görə bütün xalqı, ölkənin kosmik sənayesinin zəhmətkeşlərini və İnqilab Keşikçiləri Korpusunun kosmos mütəxəssislərini təbrik edirəm. İnşallah, bu il ölkənin kosmik sənayesi üçün məhsuldar il olacaq.”
Sizin rəyiniz