30 sentyabr 2023 at 12:26
Jurnalist kodu: 5487
Xəbər kodu: 85243329
T T
0 Persons

Tags

İranın Bakıdakı səfiri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə görüşüb

Tehran - İRNA - İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bu ölkə Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə görüşüb və regiondakı son hadisələri müzakirə edib.

İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi cümə günü Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb, ikitərəfli münasibətlərdə baş verən son dəyişikliklər, regional məsələlər, xüsusən də Qarabağdakı mövcud vəziyyət barədə müzakirə edib və fikir mübadiləsi aparıb.

Sizin rəyiniz

You are replying to: .