İRNA-nın cümə günü axşam saatlarında “Nyu Ərəb İngilis”-ə istinadən verdiyi xəbərə görə, BMT-nin Stefan Dujarrik deyib: “Azərbaycan Respublikası hökuməti və BMT humanitar nümayəndə heyətinin regionda olması barədə razılığa gəliblər. Bu nümayəndə heyəti həftəsonu bölgəyə göndəriləcək.”
O, əlavə edib: “Bizim 30 ilə yaxındır ki, həssas coğrafi və siyasi vəziyyətə görə bu bölgəyə çıxışımız yoxdur. Ona görə də bu bölgəyə daxil ola bilməyimiz çox vacibdir.”
S. Dujarrik qeyd edib ki, BMT-nin humanitar agentliyinin rəhbərlik etdiyi onlarla nəfərdən ibarət qrup Qarabağ bölgəsində qalanların və regiondan köçənlərin ehtiyaclarını müəyyən edəcək.
Sizin rəyiniz