2 oktyabr 2023 at 11:56
Jurnalist kodu: 5487
Xəbər kodu: 85245588
T T
0 Persons

Tags

Azərbaycan Qarabağın keçmiş liderlərindən birinin həbsinə order verib

Tehran - İRNA - Azərbaycan Respublikası qondarma Qarabağ respublikanın liderlərindən birini həbs etdikdən sonra bu bölgənin keçmiş rəhbəri Araik Arutyunyanın həbsinə order verib.

İRNA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru bazar günü 2020-ci ilin mayından sentyabrın əvvəlinə kimi Qarabağ bölgəsinin başçısı olmuş Arutyunyanın haqqında həbs qərarı verib.

Çərşənbə günü Azərbaycan Respublikasının polisi Arutyunyanın nazirlərindən biri Ruben Vardanyanı Qarabağdan Ermənistana gedərkən həbs edib. Qondarma Qarabağ respublikası hökuməti bu ilin sonuna kimi özünü buraxacağını bəyan edib.

Azərbaycan Respublikası mətbuatında yayılan xəbərlərə görə, A. Arutyunyan və Qarabağ bölgəsinin keçmiş komandanı Cəlal Arutyunyan 2020-ci ildə 44 günlük müharibə zamanı Gəncə şəhərinə raket zərbələri endirməkdə ittiham olunurlar.

Azərbaycan Respublikasının Qarabağa son bir neçə gün ərzində bu bölgədə nəzarəti ələ keçirmək məqsədilə hərbi hücumundan sonra erməni rəsmiləri silahlarını yerə qoyaraq, onları Rusiya sülhməramlı qüvvələrinə təhvil verməyə razılaşdılar.

O vaxtdan otuz ilə yaxın orada yaşayan Qarabağın erməni əhalisi bu bölgəni tərk edərək Ermənistana getdilər.

İrəvan hökumətinin verdiyi açıqlamaya görə, Qarabağda yaşayan və sayı 120 min olan ermənilərin demək olar ki, hamısı Ermənistana köçüb.

Sizin rəyiniz

You are replying to: .