İRNA-nın məlumatına görə, bir nüsxəsi Britaniya hökumətinin saytında dərc edilmiş bu bəyanatda deyilir: “Sentyabrın 27-də İran uzun mənzilli ballistik raket sisteminin inkişafı üçün mühüm texnologiyadan istifadə edən “Qasid” peyk daşıyıcısı vasitəsilə “Nur 3” peykinin uğurla orbitə buraxıldığını elan etdi.”
Bəyanatda əlavə edilir: “İran bunu BMT Təhlükəsizlik Şurasının ballistik raket proqramını dayandırmaq üçün dəfələrlə tələb etməsinə baxmayaraq edib. İranın hərəkətləri onun beynəlxalq məhdudiyyətlərə məhəl qoymadığını sübut edir və bu ölkənin qlobal təhlükəsizliyə ciddi təhdid olduğunu göstərir.”
Britaniya Xarici İşlər Nazirliyi İranın raket və nüvə proqramına qarşı iddialarını təkrarlayaraq iddia edib ki, bu ölkə öz tərəfdaşları ilə birlikdə “İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq və İranı bütün dünyadakı bədxah fəaliyyətlərinə görə məsuliyyətə cəlb etmək üçün bütün diplomatik addımları atmağa sadiqdir.”
Sizin rəyiniz