Əmir Abdullahiyan: Qarabağın Azərbaycana qayıtması ilə Qafqazda gərginlik və münaqişə dilini sülh və təhlükəsizlik dili əvəz etməlidir

Ölkəmizin Xarici İşlər naziri İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə görüşdə Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasına toxunaraq, Qafqazda sülhün bərqərar olması və iqtisadi inkişaf üçün regional əməkdaşlığın yeni fəslinin başlanmasının zəruriliyini vurğulayıb.

İRNA-nın məlumatına görə, görüşdə doktor Əmir Abdullahiyan Azərbaycan Prezidenti ilə bu yaxınlarda keçirdiyi görüşünə toxunaraq deyib: “İran İslam Respublikası Azərbaycan Respublikası ilə hərtərəfli əlaqələri inkişaf etdirmək və genişləndirmək əzmindədir.”

Bu görüşdə ölkəmizin Xarici İşlər naziri gələcəkdə Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin müxtəlif aspektlərini balanslaşdırmağa çağırıb.

Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasına toxunan doktor Əmir Abdullahiyan Qafqazda sülhün bərqərar olması və iqtisadi inkişaf üçün regional əməkdaşlığın yeni fəslinin başlanmasının zəruriliyini vurğulayıb.

Ölkəmizin Xarici İşlər naziri daha sonra deyib: “Hesab edirik ki, bundan sonra bu regionda sülh və təhlükəsizlik dili gərginlik və münaqişə dilinin yerini tutmalıdır.”

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov da ölkəmizin Xarici İşlər naziri ilə ölkəsinin Prezidenti arasında keçirilən son görüşü müsbət və konstruktiv dəyərləndirib, iki ölkə arasında münasibətlərdə son vaxtlar müsbət irəliləyişlərə toxunaraq, münasibətlərin üfüqünü perspektivli kimi qiymətləndirib, yeni fəsilə başlamağın və ikitərəfli münasibətlərin bütün aspektlərdə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Xələf Xələfov Qarabağda baş verən son hadisələri və Azərbaycan Respublikası hökumətinin bu regionda ermənilərin və mülki əhalinin hüquqlarına dəstək siyasətini izah edib, Qarabağ ermənilərinin azadlıq və hüquqlarını, eləcə də yaşayış üçün zəruri olan ehtiyacları təmin etməyi Azərbaycan hökumətinin prioriteti adlandırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .