10 oktyabr 2023 at 15:12
Jurnalist kodu: 5487
Xəbər kodu: 85254092
T T
0 Persons

Tags

Həzrət Ayətullah Xamenei: Son qəhrəmanlıq fələstinlilərin işidir - Qəzzaya hücum daha ağır sillə ilə qarşılaşacaq

Tehran - İRNA - İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün səhər saatlarında İmam Əli Zabit Universitetində Silahlı Qüvvələrin zabit universitetlərinin tələbələrinin birgə məzun buraxılışı mərasimində “Əl-Əqsa Tufanı” əməliyyatına toxunaraq deyib: “Bütün İslam dünyası fələstinliləri dəstəkləməyə borcludur, Allahın izni ilə dəstək də verəcək. Amma bu, fələstinlilərin öz işidir.”

İRNA-nın məlumatına görə, həzrət Ayətullah Xamenei Fələstin İslami müqavimət döyüşçülərini uca tutaraq deyib: “Təbii ki, biz Fələstini və mübarizələrini müdafiə edirik. Biz bacarıqlı, ağıllı və cəsur fələstinli mübarizlərin alınlarından və qollarından öpürük və onlarla fəxr edirik. Amma fələstinlilərin işinin fələstinli olmayanlar tərəfindən həyata keçirildiyini deyənlər, Fələstin xalqını tanımayıblar və hesablamaları yanlışdır.”

İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “Sionist rejimin havadarları və bu qəsbkar rejimin bəzi adamları bu iki-üç gündə boşboğazlıq etdilər, o cümlədən bu hərəkətin arxasında İslami İranın dayandığını dedilər. Səhv edirlər.”

O, sionist rejimin “Əl-Qüds Tufanı” əməliyyatında məğlubiyyətinə işarə edərək deyib: “ 7 oktyabır hadisəsindən bu yana, qəsbkar sionist rejim həm hərbi, həm də kəşfiyyat baxımından bərpası mümkün olmayan məğlubiyyətə uğrayıb. Bu məğlubiyyəti hamı dedi, mən onun bərpasının mümkün olmadığını vurğulayıram. Deyirəm ki, bu dağıdıcı zəlzələ qəsbkar rejim hakimiyyətinin asanlıqla bərpası mümkün olmayan bəzi əsas strukturlarını dağıda bilib.”

İnqilabın Ali Məqamlı Rəhbəri “Əl-Əqsa Tufanı” əməliyyatının intiqam xarakteri daşıdığını vurğulayaraq deyib: “Bu fəlakəti sionistlərin öz əməlləri onların başına gətirdi. Qəddarlıq və cinayət həddini keçəndə, vəhşilik pik həddə çatanda tufan gözləmək lazımdır. Fələstinlilərin cəsur və eyni zamanda fədakar hərəkəti qəsbkar düşmənin illərdir davam edən və son aylarda intensivliyi daha da artmış cinayətinə cavab idi. Təqsirkar da qəsbkar sionist rejimi idarə edən hazırkı hökumətdir.”

Ali Baş Komandan uşaq öldürən sionist rejimin özünü məzlum kimi göstərməsinə toxunaraq sözünə davam edib: “İndi bu xəbis və qəddar sionist düşmən sillə aldıqdan sonra məzlumluq siyasətinə başlayıb. Başqaları da ona yardım edirlər. Zorakı dünyanın mediaları da ona kömək edir. Onun özünü məzlum kimi təqdim etməsi yüz faiz yalan və həqiqətin əksinədir. Fələstinli mücahidlər özlərini Qəzzə mühasirəsindən çıxara, ondan qurtula və sionistlərin hərbi və mülki mərkəzlərinə çata bilibsə, sionist rejim məzlumdurmu? Bu rejim qəsbkar olduğu qədər, məzlum deyil. Zalımdır, təcavüzkardır, cahildir, boşboğazdır, amma məzlum deyil. Zalımdır. Heç kim bu divsifət vəhşini məzlum sima kimi təqdim edə bilməz.”

Həzrət Ayətullah Xamenei cinayətkar sionist rejimin Qəzzanın məzlum xalqına qarşı ikiqat zülmünü davam etdirmək üçün məzlumluq siyasəti yürütdüyünü vurğulayaraq deyib: “Qəsbkar rejimin başçıları, qərar verənləri və onların havadarları bilsinlər ki, Qəzzə əhalisinin qətliamı və kütləvi şəkildə öldürülməsi onların başına daha böyük bəla gətirəcək. Bilsinlər ki, bu qəddarlıqların reaksiyası onların çirkin üzünə daha güclü bir sillə olacaq.”

İslam İnqilabının Ali Rəhbəri həmçinin deyib: “Bəzilərinin gəlib dillə və zalımın yanında oturub-durmaqla, Fələstində özlərinə mövqe yarada biləcəklərini güman etdikləri günlər geridə qaldı. O günlər artıq keçib.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .