14 oktyabr 2023 at 21:48
Jurnalist kodu: 5487
Xəbər kodu: 85258467
T T
1 Persons

Tags

Qəzza əhalisi öz torpaqlarını tərk etməyəcək

14 oktyabr 2023 at 21:48
Xəbər kodu: 85258467
Qəzza əhalisi öz torpaqlarını tərk etməyəcək

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Ofisinin rəhbəri bildirib ki, müqavimət “Əl-Əqsa Tufanı” döyüşü ilə tarixi yenidən yazır və bu döyüş müqəddəs torpağımızın işğalına son qoyulmasının başlanğıcıdır.

İRNA-nın məlumatına görə, HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə bu gün etdiyi çıxışında bildirib ki, düşmənin qorxaq əsgərləri igidlərimizin qarşısında dayana bilməyib qırğına və qətliama əl atdılar.

O, əlavə edib: “Düşmən elə hesab edir ki, bu qırğınlar Qəssamın strateji hücumu qarşısında onun biabırçı məğlubiyyətini siləcək. Düşmənin Amerikanın dəstəyi ilə törətdiyi cinayətlərinə baxmayaraq, biz qurtuluş və qayıdış strategiyasını bərpa edəcəyik.”

Həniyyə açıqlamasının davamında deyib: “Qəzzə xalqı möhkəm dayanmışdır, öz torpağında kök salıb, vətənindən yapışıb, onu heç vaxt tərk etməyəcək, köçməyəcək. Düşmənə səslənirəm ki, sizə vurulan bu strateji zərbə Fələstinin azadlığının və dönüşümüzün yaxın olduğunu vurğulayır.”

HƏMAS Siyasi Ofisinin rəhbəri qeyd edib: “Biz öz vətənimizdə qalacağıq və onu heç vaxt tərk etməyəcəyik. İordan çayının qərb sahilindən və Qəzza zolağından köç olmayacaq. Qəzzadan Misirə heç bir köç olmayacaq. Fələstinlilərin köçürülməsinə qarşı çıxan Misirdəki qardaşlarımızın mövqeyini yüksək qiymətləndirir və təşəkkür edirəm.”

Həniyyə bildirib ki, HƏMAS dinc sakinləri, qocaları və uşaqları hədəfə almadığını dəfələrlə bəyan edib.

HƏMAS Siyasi Ofisinin rəhbəri dünyanın hər yerində sionist düşmənə qarşı və Fələstinə dəstək məqsədilə keçirilən yürüşlərinin iştirakçılarını bu yürüşləri davam etdirməyə çağırıb.

O deyib: “Ərəb və dünya paytaxtlarında, eləcə də dünyanın hər yerində Qəzzaya dəstək və işğalı pisləyən nümayişlərdə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm.”

İsmayıl Həniyyə deyib: “Ölkə qurana, əsirlərimiz və müqəddəslərimiz azad olunana, qaçqınlar öz torpaqlarına qayıdana qədər mübarizəmizi davam etdirəcəyik.

O qeyd edib ki, HƏMAS sizin aldadıcı təbliğat maşınınızın təsiri altına düşməyəcək. Niyə evlərin dağıdılması, uşaqların öldürülməsi, məscidlərin, universitetlərin dağıdılması qarşısında mövqe tutmursunuz?

1 Persons

Sizin rəyiniz

You are replying to: .