İRNA-nın siyasət sahəsi üzrə müxbirinin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər saatlarında ölkənin minə yaxın elitası ilə görüşündə deyib: “Bunu bilin və müəyyən bir qrupun müəyyən bir işi görməsinə icazə verməyəcəyinizi gözləməyin. Çünki dözüm bitəndə heç kim onları dayandıra bilməyəcək. Bu, mövcud olan reallıqdır.”
Həzrət Ayətullah Xamenei bildirib: “Təbii ki, sionist rejim nə edirsə etsin, bu işdə üzləşdiyi rüsvayçı məğlubiyyəti kompensasiya edə bilməyəcək.”
Ali Məqaml Rəhbər vurğulayıb: “Qəsbkar sionist rejimi müdafiə etmək üçün ölkəmizin rəsmiləri ilə danışan bəzi ölkələrin rəsmiləri fələstinlilərin mülki insanları öldürməsinə etiraz ediblər. Birincisi, bu həqiqətə uyğun deyil, yəni, qəsəbələrdə olanlar mülki əhali deyil, hamısı silahlıdır.”
Həzrət Ayətullah Xamenei əlavə edib: “Onların mülki olduğunu fərz etsək belə, neçə nəfər dinc sakin öldürülüb? Bu qəsbkar rejim onlardan yüz dəfə çox qadın-uşaq, qoca-cavan, dinc əhalini öldürür və bu qətlləri Qəzzada hərbçilərin yaşamadığı binalarda törədirlər. Hərbçilər özlərinə aid olan yerlərdədir və onlar həm bunların mülki əhali olduğunu bilirlər, həm də izdihamlı mərkəzləri seçib vururlar.”
O, daha sonra deyib: “Həmin bir neçə gün ərzində neçə min fələstinli öldürüldü. Bu, bütün dünya insanlarının gözü qarşısında baş verən cinayətdir. Qəsbkar sionist rejim mühakimə olunmalıdır.”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Amerikanın son cinayətlərə görə məsuliyyət daşıdığını vurğulayaraq dedi: Çoxsaylı məlumatların bizə bildirdiyi kimi, sionist rejim daxilində bu günlərdə və ötən həftədə icra olunan siyasət amerikalılar tərəfindən tənzimlənir; onların siyasətidir.
O, amerikalıların öz məsuliyyətlərinə diqqət etməli olduğunu bildirib və deyib: Bombrdman dərhal dayandırılmalıdır. Müsəlman xalqlar çox qəzəblidir. Onun əlamətlərini, xalq qruplarının toplantılarını görə bilərsiniz, təkcə İslam ölkələrində deyil, Los-Ancelesdə, Hollandiyada, Fransada, Avropa ölkələrində, Qərb ölkələrində insanlar, müsəlmanlar və qeyri-müsəlmanlar toplaşır. İslam ölkələri də aydındır. İnsanlar qəzəblidirlər.
Sizin rəyiniz