17 oktyabr 2023 at 22:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85262003
T T
1 Persons

Tags

Baqiri: Qəzzanın davamlı bombalanması region xalqlarının barıt anbarına çevrilmiş qəzəbini alovlandırır

Tehran - İRNA - Xarici işlər nazirinin siyasi işlər üzrə müavini vurğulayıb: Sionist aparteid rejiminin Qəzzanı bombalamasının davam etdirilməsi, region xalqlarının və dünya hüquqpərəst insanların barıt anbarına çevrilmiş qəzəbini alovlandıracaq.

İRNA-nın məlumatına görə, xarici işlər nazirinin siyasi işlər üzrə müavini Əli Baqiri çərşənbə axşamı İran İslam Respublikasında olan səfirlər və diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların Tehranda yerləşən ofislərinin rəhbərləri ilə görüşdə, İran İslam Respublikasının məzlum Fələstin xalqının dəstəklənməsində fundamental mövqelərini açıqlayaraq dedi: Bu gün işğal olunmuş Fələstində hökm sürən vəziyyət cinayət və soyqırımın açıq təzahürüdür.

Xarici işlər nazirinin siyasi işlər üzrə müavini bu görüşdə Fələstin məsələsinin bəşəriyyətin və bütün beynəlxalq ictimaiyyətin məsələsi olduğunu vurğulayaraq əlavə edib: Fələstin xalqının işğala qarşı müqaviməti, fələstinlilərin insan haqlarının kobud və davamlı şəkildə pozulması və sionist işğalçı rejim tərəfindən İslam dünyasının müqəddəslərinin təhqir edilməsi, onların sözün əsl mənasında zülm, təcavüz və zorakılıq qarşısında “qanuni və hüquqi müdafiəsidir”.

Baqiri əlavə edib: Sionistlər bilməlidirlər ki, regionun müsəlman xalqı və dünyanın azad insanları belə açıq zülm və sitəmə dözməyəcəklər.

O, məzlum və çarəsiz Fələstin xalqının qətlində sionist rejimin sərsəm hərəkətlərinin davam etməsinin və güclənməsinin dərhal və qeyd-şərtsiz qarşısının alınmasının vacibliyini vurğulayaraq dedi: Sionist aparteid rejiminin Qəzzanı bombalamağa davam etməsi region xalqlarının və dünyanın haqq axtaran insanlarının barıt anbarına çevrilmiş qəzəbini alovlandıracaq.

1 Persons

Sizin rəyiniz

You are replying to: .