İRNA-nın məlumatına görə, Mümtaz Zəhra İslamabadda keçirdiyi həftəlik mətbuat konfransında Qəzzada vəziyyətin gərginləşməsi və sionist rejimin vəhşicəsinə bombardmanının davam etməsi ilə bağlı Pakistan xalqı və hökumətinin dərin narahatlığını bildirib.
Pakistan XİN-nin sözçüsü deyib: “İşğalçı İsrail rejiminin havadarlarından bu rejimin işğal olunmuş Fələstin torpaqlarında törətdiyi cinayətlərin dayandırılmasında təsirli rol oynamalarını, eyni zamanda, Qəzzə xalqına kömək etmək və Qəzzanın mühasirəsinə son qoymaq üçün yol açmalarını tələb edirik.”
Sizin rəyiniz