27 oktyabr 2023 at 14:25
Jurnalist kodu: 5487
Xəbər kodu: 85272308
T T
0 Persons

Tags

“İqtidar 1402” təlimində məhvedici Arəş PUA-sının dəqiqliyi və hədəfvurması

Tehran - İRNA - Ordunun Quru Qoşunlarının “İqtidar 1402” təlimində Arəş məhvedici pilotsuz təyyarəsi əvvəlcədən müəyyən edilmiş hədəfləri məhv edib.

İRNA-nın hərbi sahə üzrə müxbirinin məlumatına görə, Ordunun Quru Qoşunları “İqtidar 1402” təliminin ilk gününün ilk dəqiqələrində sahil müdafiə əməliyyatlarının icrası və hücum edən qüvvələrin yolunu kəsmək istiqamətində Arəş intiharçı PUA-sından istifadə edərək sabit və hərəkət edən hədəfləri yüksək dəqiqliklə vurub.

Həmçinin, bu təlimin əsas mərhələsinin əvvəlində ordunun çoxməqsədli pilotsuz təyyarələri Nəsrabadın ümumi ərazisini müəyyən edərək komanda və idarəetmə mərkəzlərinə lazımi məlumatları veriblər. Təlimin bu mərhələsində pilotsuz təyyarələrin komanda mərkəzinə məlumat göndərmək üçün yeni Mühacir 2 və Mühacir 6 dronlarından da istifadə edilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .