Daryuş Əlizadə deyib: “Aban ayının sonuna qədər açıq olacaq bu sərgidə Suriya, Livan və Fələstindən olan rəssamların 16 posteri, o cümlədən Şafiq Rizvan, Burhan Kərkutli, Emil Menhəm, İsmayıl Şamut, Ədnan əl-Şərif, Əbdül Rəhman əl-Muzəyyən, Mark Duduni və Cihad Mənsurun əsərləri sərgilənəcək. Bu əsərlər 1967-2010-cu illər arasında yaradılıb.”
Onun sözlərinə görə, bu sərgidə təqdim olunan əsərlər 2017-ci ildə YUNESKO-nun Ümumdünya Yaddaşına namizəd olub və Fələstin Azadlıq Hərəkatı, Fələstin Azadlıq Təşkilatı, Fələstin Milli Komissiyası, Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi və Fələstin Şəhidləri Dərnəyi tərəfindən sifariş edilib.
Sizin rəyiniz