Amerikanın seçdiyi yanaşma ilə yeni cəbhələrin açılması qaçılmazdır - Əl-Əqsa Tufanı Fələstin əməliyyatı idi

Nyu-York - İRNA - İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ-ın işğalçı İsrail rejiminə hərtərəfli dəstəyinin müharibənin şiddətini artırdığını vurğulayaraq xəbərdarlıq edib: “Amerika seçdiyi bu yanaşmanı davam etdirərsə, müharibənin genişlənməsi və yeni cəbhələrin açılması qaçılmazdır.”

İRNA-nın Nyu-Yorkdan verdiyi məlumata görə, BMT Baş Assambleyasının Fələstin üzrə Nyu-Yorkdakı fövqəladə iclasında iştirak etmək üçün çox qısamüddətli səfərdə olan İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Amerikanın “Bloomberg” xəbər kanalına müsahibəsində deyib: “Amerika başqalarına təmkinli olmağı tövsiyə edir, lakin özü beynəlxalq hüquq baxımından işğalçı dövlət adlandırılan İsrailin tam tərəfindədir.”

Əmir Abdullahiyan əlavə edib: “ABŞ-ın son üç həftədəki davranışına nəzər salsanız, ABŞ-ın işğalçı İsrail rejiminin yanında tam iştirakı müharibənin şiddətini, qadınların, uşaqların və mülki şəxslərin öldürülməsinin intensivliyini artırıb. Bu yanaşmanın davam etdirilməsi o deməkdir ki, bölgədə nəzarət bütün tərəflərin nəzarətindən çıxa bilər. Amerika bu yanaşma və davranışı davam etdirmək istəyirsə, müharibənin genişlənməsi, yeni cəbhələrin açılması qaçılmazdır. Belə olan halda bu müharibənin tüstüsü Amerikanın da gözünə gedəcək.”

İranın Xarici İşlər naziri həmçinin deyib: “Birincisi, HƏMAS-ın verdiyi qərar tamamilə Fələstin qərarı idi ki, Əl-Əqsa Tufanı əməliyyatını həyata keçirdi. Əməliyyatın səbəbləri də bütün dünyaya tam aydındır. İkincisi, HƏMAS, İslami Cihad və Hizbullah öz ölkələrinin maraqlarına uyğun hərəkət edən qruplardır, nə bizdən əmr alırlar, nə də biz onlara əmr veririk.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .