30 oktyabr 2023 at 18:43
Jurnalist kodu: 5487
Xəbər kodu: 85275736
T T
0 Persons

Tags

Sionist əsirlər Netanyahuya müraciət ediblər: Çoxlu israillinin öldürülməsi kifayət deyilmi? - Video

Tehran – İRNA – Əl-Qəssam Qəzzadakı sionist əsirlərdən Netanyahu və sionist rejimin kabinetinə bir sıra mesajlar yayımlayıb.

İRNA-nın bazar ertəsi verdiyi xəbərə görə, Əl-Qəssamın bu gün yayımladığı Qəzzadakı sionist əsirlərin mesajının mətnində deyilir:

“Salam Netanyahu bibi. Biz 23 gündür HƏMAS-ın əsirliyindəyik. Dünən əsirlərin ailələri mətbuat konfransı keçiriblər və bilirik ki, atəşkəs elan edilməli idi və sən bizi azad etməli idin. Bizi azad edəcəyinə söz vermişdin. Lakin biz sənin siyasi, təhlükəsizlik və hərbi məğlubiyyətindən əziyyət çəkirik.

HƏMAS-ın əlində olan sionist əsirlər əlavə ediblər: “7 oktyabr məğlubiyyətinin səbəbkarı sən olmusan! Çünki orada bir əsgər belə yox idi və heç kim köməyimizə gəlmədi. Orada bizi heç kim müdafiə etmədi. Biz günahsız və sadə vətəndaşlarıq. Hökumətə vergi ödəyən vətəndaşlar. Biz indi burada əsirlikdəyik. Heç bir şərt olmadan bizi öldürürsən. Hamımızı öldürmək istəyirsən? Ordunun bizi öldürməsini istəyirsən. Hamını məhv etməyin yetərli deyilmi? Çoxlu israillinin öldürülməsi kifayət deyilmi? Bizi indi azad et. Vətəndaşları və onların (fələstinlilərin) əsirlərini azad et. Bizi azad et. Hamını azad et. Biz ailələrimizin yanına qayıtmaq istəyirik. İndi... indi... indi”.

0 Persons

Sizin rəyiniz

You are replying to: .