Ölkəmizin Xarici İşlər naziri Əmir Abdullahiyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü

Ankara - İRNA - Ölkəmizin Xarici İşlər naziri Türkiyə Prezidenti ilə görüşdə Türkiyəni Milli Bayramı münasibətilə təbrik edib, cənab doktor Rəisinin salamlarını Türkiyə Prezidentinə çatdırıb, iki ölkə başçısı arasında son telefon danışığına toxunaraq, son vaxtlar verdiyi güclü dəstəyə və Türkiyə xalqının Qəzzanın məzlum əhalisinə verdiyi coşqun dəstəyə görə cənab Ərdoğana təşəkkür edib.

Ölkəmizin Xarici İşlər naziri sionist rejimin Qəzzanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə toxunaraq deyib: “ABŞ hökuməti sionist rejimin məzlum Fələstin xalqına qarşı qəddar hücumlarının və bu rejimin Qəzzada hərbi cinayətlərinin dəstəklənməsi və idarə olunmasında birbaşa iştirak etdiyi, CENTCOM komandiri və ABŞ hərbi komandirləri Təl-Əvivdəki müharibə əməliyyatı otağında olduğu bir vaxtda başqalarına təmkinli olmağı tövsiyə edir.”

Əmir Abdullahiyan əlavə edib ki, Amerika Qəzzaya qarşı müharibənin tərəfi kimi başqalarına təmkinli olmağı tövsiyə etmək haqqına malik deyil.

Ölkəmizin Xarici İşlər naziri vurğulayıb: “Regiondakı müqavimət cərəyanları müstəqil qərar verirlər. Qəzzanın müdafiəsiz xalqına qarşı müharibə dərhal dayandırılmasa, bölgədə hər an müharibə və qarşıdurmaların miqyasının genişlənməsi riski var və bunun nəticələrinə görə məsuliyyət birbaşa Amerika hökuməti və sionist rejimin üzərinə düşür.”

Xarici İşlər naziri deyib: “Fələstin müqavimət hərəkatları bizə hərbi obyektlər, uzun müharibəni və sionist rejimlə güclü qarşıdurmanı davam etdirmək imkanları baxımından heç bir problem olmadığını bildiriblər. Bununla belə, sionist rejimin hücumlarının müdafiəsiz insanlara qarşı yönəlməsinə və Qəzzanın genişmiqyaslı mühasirəsinə diqqət etməklə, sionist rejimin hərbi cinayətlərinə son qoyulması, Qəzzanın blokadasının götürülməsi və humanitar yardımların göndərilməsi üçün İslam ölkələrinin təcili və təsirli addımlar atması lazımdır. Bu baxımdan İran İslam Respublikası İslam və Ərəb ölkələri başçılarının təcili görüşünün keçirilməsinin zəruriliyini vurğulayır.”

Bu görüşdə Türkiyə Prezidenti cənab Ərdoğan da ölkəmizin Prezidenti cənab Rəisiyə öz salamlarını çatdırmağı xahiş edib, Fələstində baş verənlərlə bağlı İran Prezidenti ilə son telefon danışığına toxunub və Fələstindəki mövcud böhranla bağlı Türkiyənin nöqteyi-nəzərini açıqlayaraq deyib: “Türkiyənin prioriteti Qəzzaya hücumları dayandırmaq, atəşkəsə nail olmaq, Qəzzanın blokadasını aradan qaldırmaq və humanitar yardım göndərməkdir. Çalışmalıyıq ki, Fələstin xalqının təhlükəsizliyini təmin edən mexanizmlər yaradılsın.”

Görüşdə iki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadi və ticarət sahələrində ikitərəfli əməkdaşlığı ilə bağlı bəzi məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Sizin rəyiniz

You are replying to: .