10 noyabr 2023 at 14:08
Jurnalist kodu: 5487
Xəbər kodu: 85286563
T T
0 Persons

Tags

Əmir Abdullahyan: Müharibənin əhatə dairəsinin genişlənməsi qaçılmaz olub

Tehran - İRNA - İranın Xarici İşlər naziri Qətərli həmkarı ilə telefon danışığında vurğulayıb: “Qəzzanın mülki sakinlərinə qarşı müharibənin intensivliyi artdığı üçün indi müharibənin əhatə dairəsinin genişlənməsi qaçılmaz olub.”

Ölkəmizin Xarici İşlər naziri doktor Əmir Abdullahiyan və Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Sani Fələstinlə bağlı son hadisələri və Qəzzada mövcud böhranı müzakirə edib, fikir mübadiləsi aparıblar.

Tərəflər sionist rejimin dinc əhaliyə qarşı hücumlarını qəti şəkildə pisləyərək, Qəzzada humanitar vəziyyətdən, dinc əhaliyə, qadınlara və uşaqlara qarşı genişmiqyaslı hərbi hücumların davam etdirilməsindən dərin narahatlıqlarını ifadə etməklə yanaşı, İsrail rejiminin qəddar hücumlarına son qoymağın siyasi yollarını, dərhal atəşkəsin bərqərar edilməsini, mühasirədə olan və müharibədən əziyyət çəkən Qəzza əhalisinə davamlı humanitar yardımın çatdırılmasını müzakirə ediblər.

İran və Qətər xarici işlər nazirləri həmçinin mümkün atəşkəslə bağlı təklif olunan bəzi təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Əmir Abdullahiyan deyib: “Qəzzanın mülki sakinlərinə qarşı müharibənin intensivliyi artdığı üçün indi müharibənin əhatə dairəsinin genişlənməsi qaçılmaz olub.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .