İRNA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, İpsos institutunun çərşənbə günü dərc etdiyi yeni sorğunun nəticələrinə görə, Amerika xalqının İsrail qüvvələrinə dəstəyi azalmaqdadır. Sorğuda iştirak edən amerikalıların əksəriyyəti Qəzza zolağında dərhal atəşkəsə dəstək verdiklərini bəyan ediblər.
Buna əsasən, sorğuda iştirak edənlərin yalnız 32 %-i Amerikanın İsrailə dəstək verməli olduğunu bildirib ki, bu da daha öncə 42 % idi. Halbuki, Amerikanın bu müharibədə bitərəf qalmasının lazım olduğuna inananlar da ötən aydakı 27 %-dən 39 %-ə yüksəlib.
Həmçinin nəticələrə əsasən, bu rəy sorğusunda iştirak edənlərin təxminən 68 %-i İsrailin hücum etmək əvəzinə danışıqlar yolu tutması fikri ilə razılaşır və Amerika silahlarının sionist rejimə göndərilməsini dəstəkləyənlərin faizi də azalaraq 41 %-dən 31 %-ə düşüb.
Sizin rəyiniz