15 noyabr 2023 at 20:07
Jurnalist kodu: 5487
Xəbər kodu: 85292615
T T
0 Persons

Tags

Amerikalıların sionistlərə qarşı apardığı yeni sorğunun nəticələri

Tehran - İRNA - "İpsos" institutunun ABŞ-da apardığı yeni sorğusunun nəticələri göstərir ki, Amerika vətəndaşlarının ictimai rəyi sionistlərin Qəzzada törətdikləri cinayətlərdən zərər görüb və onlar Təl-Əvivə dəstəklərin azaldılmasını və bu ərazidə dərhal atəşkəsin bərpa olunmasını tələb edirlər.

İRNA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, İpsos institutunun çərşənbə günü dərc etdiyi yeni sorğunun nəticələrinə görə, Amerika xalqının İsrail qüvvələrinə dəstəyi azalmaqdadır. Sorğuda iştirak edən amerikalıların əksəriyyəti Qəzza zolağında dərhal atəşkəsə dəstək verdiklərini bəyan ediblər.

Buna əsasən, sorğuda iştirak edənlərin yalnız 32 %-i Amerikanın İsrailə dəstək verməli olduğunu bildirib ki, bu da daha öncə 42 % idi. Halbuki, Amerikanın bu müharibədə bitərəf qalmasının lazım olduğuna inananlar da ötən aydakı 27 %-dən 39 %-ə yüksəlib.

Həmçinin nəticələrə əsasən, bu rəy sorğusunda iştirak edənlərin təxminən 68 %-i İsrailin hücum etmək əvəzinə danışıqlar yolu tutması fikri ilə razılaşır və Amerika silahlarının sionist rejimə göndərilməsini dəstəkləyənlərin faizi də azalaraq 41 %-dən 31 %-ə düşüb.

Sizin rəyiniz

You are replying to: .