16 noyabr 2023 at 19:58
Jurnalist kodu: 5487
Xəbər kodu: 85293514
T T
0 Persons

Tags

Hizbullah müvafiq silahlarla sionist hərbçilərin daha 3 mövqeyinə yeni hücumlar edib

Tehran - İRNA - Livanın İslami müqaviməti sionist rejimin mövqelərinə yeni hücumları və onlara vurulan zərbələri elan edib.

İRNA-nın əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, Livanın İslami müqaviməti sionist rejimin mövqelərinə yeni hücumlarını elan edib.

Livan İslami Müqaviməti işğalçılara bağlı “Hermun” hərbi mərkəzini müvafiq silahlarla hədəfə aldığını və onlara ölümcül zərbələr endirdiyini açıqlayıb.

Həmçinin Livan Hizbullahı başqa bir bəyanatda “Hədb Yaron” mərkəzinin yaxınlığındakı “Tale Əl-Korantina”da rejimin quru hərbi bazasını müvafiq silahlarla hədəfə aldığını açıqlayıb.

Livan İslami Müqaviməti habelə başqa bir bəyanatında sionist hərbçilərin "Şatola"dakı toplanma mərkəzinə uyğun silahlarla hücumu və işğalçı əsgərlərə vurulan zərbələr barədə məlumat verib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .