7 dekabr 2023 at 11:15
Jurnalist kodu: 5487
Xəbər kodu: 85314785
T T
0 Persons

Tags

Quterreşin məktubu sionist xarici işlər nazirini qəzəbləndirib

7 dekabr 2023 at 11:15
Xəbər kodu: 85314785
Quterreşin məktubu sionist xarici işlər nazirini qəzəbləndirib

Tehran - İRNA - BMT Baş katibi Antonio Quterreşin Qəzzada atəşkəsin bərqərar olunması üçün BMT Nizamnaməsinin 99-cu maddəsinə əsaslanaraq Təhlükəsizlik Şurasına misli görünməmiş məktubu sionist rejimin xarici işlər naziri Eli Koeni qəzəblənib.

İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Koen BMT Baş katibi Quterreşin dünya sülhü üçün təhlükə olduğunu deyib.

Sionist rejimin xarici işlər naziri Quterreşin BMT-nin 99-cu maddəsinin aktivləşdirilməsi tələbini “HƏMAS-a dəstək” adlandırıb.

BMT Baş katibi Antonio Quterreş çərşənbə günü axşam saatlarında Qəzzadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu məktubda xəbərdarlıq edib: “Qəzzada vəziyyət beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir və beynəlxalq ictimaiyyət bu böhrana son qoymaq üçün öz təsirindən istifadə etməlidir.”

Sizin rəyiniz

You are replying to: .